USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü istehsalı zavodunun açılışında iştirak edib

Siyasət

27-01-2026, 12:29

Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü istehsalı zavodunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak edib.

Açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına ölkədə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, hazırda sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb, bu zonalara 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən artıq daimi iş yeri yaradılıb. İndiyədək sənaye zonalarında 19,4 milyard manatlıq məhsul istehsal olunub, bunun 6,1 milyard manatı ixrac edilib. Azərbaycan sənaye zonalarında istehsal olunan məhsullar 70 ölkəyə ixrac olunur.

Qeyd edilib ki, sənaye parkları və sənaye məhəllələrinin yaradılması iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, innovativ istehsalın təşviqi və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir, Naxçıvan Sənaye Parkının və Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər aparılır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də fəaliyyət göstərir.

Ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir. Parkda layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Burada 6135 nəfər işlə təmin olunub, ümumilikdə 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlərin satış həcmi 15,4 milyard manata, ixrac isə 5,7 milyard manata çatıb.

“Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verib. Bildirilib ki, MMC 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusunu alıb və parkın 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu inşa edib. Müəssisədə 30 nəfər daimi işlə təmin olunub. Zavodun illik istehsal gücü 900 min kvadratmetr təşkil edir. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur.

Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisəyə Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. “Azermirror” MMC rezidentlər üçün nəzərdə tutulan güzəştlərdən yararlanaraq 600 min manat dəyərində vergi və gömrük azadolması əldə edib.

Qeyd edilib ki, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə sistemli tədbirlər davam etdirilir.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-11-2025, 15:01

Prezident İlham Əliyev Abşeronda yeni dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

Siyasət

23-04-2025, 20:50

Pekində Azərbaycanla Çin arasında 21 sənəd imzalanıb

Siyasət

6-03-2025, 15:32

Nazir Mikayıl Cabbarov kosmetoloq Rəna Sultanovanı niyə qoruyur?

Siyasət

22-11-2023, 20:56

Ölkə başçısı İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib

Siyasət / Sosial

29-04-2023, 21:24

Türkiyə və Azərbaycan prezidentləri “TEKNOFEST” festivalında iştirak ediblər

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Video / foto

1-02-2021, 21:45

İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEO

Siyasət

15-06-2020, 12:57

Azad Rəhimov milyonları necə yeyir... - İTTİHAM

Siyasət

14-05-2020, 11:28

“MƏDƏNİ” TALANÇILARIN KORRUPSIYA ORTAQLARI... - 20 manatlıq şirkət 50 layihəni necə udub?

Siyasət

2-04-2020, 16:30

MİLLİ STATİSTİKAMIZ “KORONAVİRUS İMTAHANINDAN” “KƏSİLDİ” – Strateji statistik məruzə DSK sədrinə deyil, Mikayıl Cabbarova tapşırılır

Siyasət

5-03-2020, 16:25

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM

Son xəbərlər
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
Daha çox
Çox oxunanlar
17-09-2026, 17:06
Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
17-09-2026, 16:08
Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
17-09-2026, 17:04
Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
17-09-2026, 16:04
Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
17-09-2026, 16:09
Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
17-09-2026, 17:02
Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə