USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Ölkə başçısı İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib

Siyasət

22-11-2023, 20:56

Ölkə başçısı İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

Foto.info.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına sərgi ilə bağlı məlumat verib.

Paytaxt Bakı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə ev sahibliyi edir. Proqrama üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

SPECA-nın yaradılmasının 25 illiyi münasibəti ilə təşkil olunan sərgi Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilir. Bakı Ekspo Mərkəzinin dörd min kvadratmetrlik sahəsini əhatə edən sərgidə ancaq SPECA ölkələrinin stendləri yer alır. Həmin stendlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan dövlət müəssisələrinin və özəl şirkətlərin məhsulları nümunələri nümayiş olunur. Bütün stendlər Azərbaycan tərəfindən vahid dizayn formatında quraşdırılıb.

Prezident İlham Əliyev “Azərxalça” ASC tərəfindən hazırlanan “Bizi birləşdirən dəyər” instalyasiyasının üzərindəki ağ örtüyünü götürməklə sərginin rəsmi açılışını edib. Bu instalyasiya SPECA ölkələrinin əməkdaşlıq əlaqələrini əks etdirir.

Sərginin Azərbaycan Milli Stendinin mərkəzində “Made in Azerbaijan” markası ilə istehsal olunan məhsullar nümayiş etdirilir. Burada Azərbaycanın 33 şirkətinin istehsal etdiyi spirtli içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, qurudulmuş meyvələr, süd məhsulları, kosmetik vasitə çeşidləri və “ABAD”çı sənətkarların hazırladıqları əl işləri təqdim olunur.

Dövlətimizin başçısı Azərbaycan Milli Stendi ilə tanış odub.

Milli Stend iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, müdafiə sənayesi, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətləri əhatə edir.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına məlumat verib ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlifçaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Əvvəlki sərgilərdən fərqli olaraq, bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunur.

Sərginin İqtisadi inkişaf blokunda ölkəmizin zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modeli, rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər, iqtisadi-ticari əlaqələrə dair məlumatlar əksini tapıb. Blokda, həmçinin, davamlı makroiqtisadi sabitliyi şərtləndirən amillərlə yanaşı, ölkə iqtisadiyyatına cəlb edilən investisiyalar, dövlətin dəstək mexanizmləri və reallaşdırılan dövlət proqramları barədə məlumat verilir. Qeyd olunur ki, son 20 il ərzində ölkəmizdə ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, yəni ÜDM-in real həcmi dörd dəfə artıb. Dövlət büdcəsinin gəlirləri isə 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib. Stenddə ölkəmizin iqtisadi inkişaf göstəricilərindən bəhs edən videoçarx da nümayiş olunur.

Sənaye blokunda isə ölkədə aparılan uğurlu sənayeləşmə siyasəti nəticəsində əldə olunan nailiyyətlər, zəngin xammal resursları, sənaye istehsalının rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayenin inkişaf istiqamətləri, eləcə də sənaye parkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı barədə məlumatlar əks olunub. Diqqətə çatdırılır ki, 2002-23-cü illərdə ölkədə 4 095 sənaye müəssisəsi yaradılıb. 2002-ci ildə sənayedə istehsal həcmi 1,6 milyard dollar olduğu halda, 2022-ci ildə bu rəqəm 10,4 milyard dollara çatıb.

Sərgidə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər, ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiya, dayanıqlı inkişafının təmin olunması, ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edilir. 2021-23-cü illər ərzində 10 min kvadrat kilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət büdcəsindən yeddi milyard dollar vəsait ayrılıb.
Bu sərgidə ümummilli lider Heydər Əliyevə həsr edilən xüsusi stend də nümayiş olunur. Burada ulu öndərin 100 illiyinə həsr olunmuş videoçarx, ulu öndərin həyat və yaradıcılığından bəhs edən 11 kitabın nüsxəsi və markalar təqdim edilir. Bundan başqa, stenddə “AzerGold” QSC tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istehsal edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə də nümayiş olunur.

Dövlətimizin başçısı SPECA-nın digər üzv dövlətlərinin - Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın, Türkmənistanın və Özbəkistanın stendləri ilə tanış olub. Stendlərdə üzv ölkələrdə istehsal olunan məhsullar nümayiş etdirilir.

Qeyd edək ki, sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirməkdir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni və coğrafi regiondur. Son dövrlər dövlət başçılarının qarşılıqlı səfərləri ölkələr arasında iqtisadi əməkdaşlığın ikitərəfli formatda inkişafını təşviq edir. Eyni zamanda, bu regionun beynəlxalq arenada artmaqda olan nüfuzu ölkələrimizin sıx əməkdaşlığını labüd edir. Bu baxımdan, SPECA çərçivəsində fəaliyyət çoxtərəfli əməkdaşlığın inkişafı üçün münbit zəmin yaradır.

Sərgidə İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Triptix” üçlü xalça kompozisiyası təqdim olunur. Burada, həmçinin, “44” kolleksiyası da nümayiş olunur. Bu xovlu xalça kolleksiyası “Qasımuşağı” adlı Qarabağ xalçasının nadir kompozisiyasından ilhamlanaraq məhdud sayda - 44 ədəd toxunub.

Sərginin açıq sahəsində iştirakçı ölkələr tərəfindən nəqliyyat vasitələri, həmçinin sənaye, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid avadanlıqlar və ağır texnikalar nümayiş olunur.

Sərginin sonunda sahibkarlar üçün biznes forumun keçirilməsi nəzərdə tutulur.

Paylaş:
Digər xəbərlər

Siyasət

12-04-2023, 15:41

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr yeni mərhələyə yüksəlir

Siyasət

25-11-2022, 20:12

"Prezident İlham Əliyevin yürütdüyü siyasət nüfuzumuzu hər keçən gün daha da artırır"

Siyasət / Sosial

6-09-2022, 11:04

Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi öz işinə başlayıb

Siyasət

23-07-2021, 12:49

"Avropa ilə Asiya arasında strateji layihələrin Azərbaycan ərazisindən keçməsi səmərəli variantdır"

Siyasət

28-05-2021, 09:32

Bakı və Ankara türk ölkələrinə yardım edə bilər

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

8-02-2021, 16:34

ADB Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşınmada vəziyyəti açıqlayıb

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

7-02-2021, 01:47

ADB turizm sektorundakı tənəzzülün ölkə iqtisadiyyatına təsirləri açıqlayıb

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Video / foto

1-02-2021, 21:45

İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - YENİLƏNİB+FOTO/VİDEO

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Müsahibə / Video

1-02-2021, 21:33

Prezident İlham Əliyev AZTV-yə müsahibə verib - VİDEO

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

1-02-2021, 17:29

İlham Əliyev “Xırdalan” yarımstansiyalarının açılışında iştirak edib - VİDEO

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Səhiyyə

1-02-2021, 17:10

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verildi

Siyasət

4-03-2020, 11:15

Prezident Ağstafada yol açılışında

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
5-11-2026, 19:47
Polad Həşimovun anasının son durumu açıqlanıb
5-11-2026, 19:50
Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə