USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru

Siyasət

16-02-2026, 08:43

Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuruBu il fevralın 13-dən 15-ə kimi artıq 62-ci dəfə keçirilən Münhen Təhlükəsizlik Konfransı əvvəlki illərlə müqayisədə daha çox dövlət, hökumət başçılarının iştirak etdiyi tədbir kimi tarixə düşdü. Belə ki, builki konfransda 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxs iştirak edib, konfransın işini 115 ölkədən gəlmiş 1000-dən çox jurnalist işıqlandırıb.

Növbəti dəfə Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir ərəfəsində bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına və “France 24” telekanalının “Üzbəüz” verilişinə müsahibə verib.
Müsahibənin əvvəlində avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşə, bu zaman imzalanan bəyənnaməyə toxunuldu. Prezident İlham Əliyev bildirib ki, tarixi sənədin Ağ Evdə Amerika Birləşmiş Ştatları Prezidentinin iştirakı ilə imzalanması o deməkdir ki, münaqişə bitib və biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq.

ABŞ Prezidentinin Birgə Bəyannaməni şahid qismində imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, o vaxtdan bəri altı aydan çox müddət keçib və bizim Ermənistanla sərhəddə vəziyyət çox sakitdir. Artıq atəş açılmır, qurban vermirik, yaralananlar olmur.

Cənab Prezident müsahibəsində vurğulayıb ki, hazırda Ermənistanda ölkə Konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirilməsi planlaşdırılır. Bu baş tutduqdan və orada qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə bağlı maddələr çıxarıldıqdan sonra 30 ildən artıq müddət ərzində müharibə şəraitində yaşayan iki dövlət arasında sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq. “Normallaşma prosesi uğurla irəliləyir və ümid edirəm ki, formal xarakter daşıyan bu hüquqi məsələlər tamamlanan kimi bizdə rəsmən sülh olacaq”, - deyə dövlətimizin başçısı bildirib.

Bölgədə sülhün bərqərar olmasında Amerika Birləşmiş Ştatları çox vacib rol oynayır. Ona görə də Azərbaycanın iki ərazisini Ermənistan ərazisindən birləşdirəcək və hətta Avropa qitəsinə qədər uzanacaq 40 km-lik marşrut məhz Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutudur. ABŞ Vitse-prezident Vensin bölgəyə səfəri zamanı Azərbaycanla ABŞ hökumətləri arasıda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması isə böyük əhəmiyyətə malik bir sənəd oldu. Beləliklə Azərbaycan dünyanın ən güclü ölkəsinin rəsmi strateji tərəfdaşı oldu. Sənədə əsasən enerji, bağlantı, süni intellekt, investisiya və ticarət, müdafiə məhsullarının satışı kimi bəndlər yer alıb, həmçinin Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

Azərbaycan-Ermənistan arasında 30 ildən artıq bir dövrdə mövcud olan gərgin vəziyyət, müharibə şəraiti, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı müddətdə Fransanın ölkəmizə qarşı qərəzli münasibəti, Ermənistanı bütün vasitələrlə müdafiə etməsi, bütün vasitələrlə təcavüzkarın yanında olması yaxşı məlumdur.

Ona görə də Fransanın “France 24” telekanalının müxbirinin ölkə başçısına Ermənistanla bağlı sualların ünvanlanması təbii hal idi. Prezident İlham Əliyev Münxendə Bakıda keçirilən hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxs barədə çıxardığı ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında onların Azərbaycan ərazisində, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləri olduğunu bildirib.

“Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident İlham Əliyev ötən ilin sonunda Fransa Prezidenti Makron ilə görüşdüyünü, qörüşün çox müsbət keçdiyini, hər şeyi yenidən başlamaq barədə razılığa gəlindiyini və ölkəmizin buna hazır olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil.

Beləliklə, Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı və ölkəmizin başçısının müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakı regional təhlükəsizlik məsələlərində məsuliyyətli mövqe tutur və sülh gündəliyini qlobal müstəvidə ardıcıl şəkildə təşviq edir.
Azərbaycanın xarici siyasətinin növbəti Münhen uğuru
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Paylaş:
Digər xəbərlər

Siyasət

14-02-2026, 11:04

Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

Siyasət / Sosial / Hadisə

9-06-2024, 01:38

Sülhsevərlər və hüquq müdafiəçiləri Almaniyanın Bonn şəhərində BMT ofisi qarşısında Fələstinə dəstək mitingi keçirib

Siyasət

19-03-2024, 10:40

NATO ilə faydalı əməkdaşlıq

Siyasət / Sosial

29-04-2023, 21:24

Türkiyə və Azərbaycan prezidentləri “TEKNOFEST” festivalında iştirak ediblər

Siyasət

1-05-2022, 18:25

"Bəzi qonşu ölkələr Azərbaycanla faydalı əməkdaşlığı ənənəvi “erməni kartı”na qurban verməməlidir"

Gündəm / Siyasət

14-12-2021, 16:59

İlham Əliyev Brüsseldə

Siyasət

4-09-2020, 12:59

Bakı diplomatik dillə danışmaqdan yorulub... - GƏLİŞMƏ

Siyasət

3-09-2020, 11:33

Sumqayıtda sahibkarlar dad deyir... - NARAZILIQ...

Siyasət

21-04-2020, 14:12

Koronavirusun doğurduğu qlobal savaşın izi ilə - KİMDİR MÜQƏSSİR?

Siyasət

15-04-2020, 17:30

Koronavirusa sığınanlar - erməni dilənçiliyinin yeni mərhələsi - ŞƏRH

Gündəm / Siyasət

27-02-2020, 12:36

Ayaz Mütəllibov müdrikliyi bir daha sübut olundu

Siyasət

26-02-2020, 12:37

Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması üçün kifayət qədər hüquqi faktlar var - Ombudsman Aparatı

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə