USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

ABŞ və İsrailin İrana zərbə endirməsindən sonra İrandan Azərbaycan ərazisinə təxliyə prosesi davam edir.
28 fevral saat 08:00-dan bu gün saat 12:00-dək İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə ümumilikdə 60-a yaxın Azərbaycan vətəndaşı ölkəmizə keçid edib.
Bundan əlavə, sərhəd-keçid məntəqəsi vasitəsilə 1 nəfər İtaliya vətəndaşı, 5 nəfər Tacikistan vətəndaşı, həmçinin 18 nəfər Səudiyyə Ərəbistanının diplomatik nümayəndəsi də Azərbaycana təxliyə olunub.
Hazırda bölgədə təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq quru sərhədləri vasitəsilə keçidlər davam etdirilir. Rəsmi qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.