USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il tarixli sərəncamda dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Müşahidə Şurasının üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov vəzifədən çıxarılaraq, onun yerinə maliyyə nazirinin I müavini Anar Kərimov təyin edilib.
Dəyişiklik SOCAR-ın Müşahidə Şurasının tərkibinin yenilənməsi məqsədi daşıyır.