USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycanın Portuqaliyada diplomatik nümayəndəliyinin yaradılması ilə bağlı qərar qəbul edilib.
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasda “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul edilib.
Yeni səfirliyin fəaliyyətə başlaması Azərbaycan-Portuqaliya münasibətlərinin inkişaf etdirilməsi, siyasi dialoqun gücləndirilməsi və iqtisadi, humanitar əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.