USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casirin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
“Unikal” xəbər verir ki, Sərəncama əsasən, Məhəmməd Süleyman Əl-Casir Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələrə görə “Dostluq” ordeni ilə təltif olunub.
Qeyd edək ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bank ölkədə infrastruktur, enerji, kənd təsərrüfatı, sosial layihələr və digər istiqamətlər üzrə həyata keçirilən layihələrə dəstək göstərən beynəlxalq maliyyə qurumlarından biridir.