USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Paşinyan Ermənistana yeni “ağa” axtarışında - GƏLİŞMƏ

Siyasət

19-08-2020, 12:59

Paşinyan Ermənistana yeni “ağa” axtarışında - GƏLİŞMƏErmənistan Azərbaycan-Türkiyə birgə möhtəşəm hərbi təlimlərinin yaratdığı xofdan çıxa bilmir. Ona görə ki, bu xofun qayəsində ortaq təlimlərdən daha çox, iki qardaş ölkənin səmimi şəkildə dost-müttəfiq olması, bir-birinə sadiq qalması gerçəyi durur. Düşməni ən çox rəncidə edən isə budur ki, yeni Qarabağ savaşında Ankara təmənnasız şəkildə, qeyd-şərtsiz Bakının yanında olacaq.

Halbuki eyni sözləri Moskva-İrəvan müttəfiqliyi barədə söyləmək çətindir. Çünki Rusiya bu müttəfiqliyə hansısa din (xristian) qardaşlığı, yaxud dil amili prizmasından deyil, sərf özünün regional mənafeyi kontekstində baxır. Yəni lazım gələrsə, bu mənafe naminə Ermənistan günün birində siyasi bazarlığa da çıxarıla bilər. Ermənilər həm də bundan qorxurlar. Odur ki, altdan-altdan özlərinə Qərbdə yeni “ağa” axtarırlar. “Sorosçu” Nikol Paşinyanın Rusiyaya münasibətdə davam etdirdiyi ikili oyun, sözsüz ki, elə bununla - “ehtiyat variant” axtarışı ilə bağlıdır.

Türkiyənin Azərbaycana münasibəti isə əksinə, Ankaranın hansısa özəl maraqları ilə bağlı deyil, təmənnasızdır və dərin tarixi, milli-dini köklərə bağlıdır və qardaş ölkədə kimin hakimiyyət başında durmasına əsla bağlı deyil. Bunu İrəvanda da, Moskvada da yaxşı bilirlər. O səbəbə Türkiyə yüksək çinli rəsmilərin və generalitetin Tovuz döyüşlərinə məlum sərt reaksiyasının qətiyyən keçici olmadığının, Türkiyə dövlətinin dəyişməz, prinsipial mövqeyini ifadə etdiyinin fərqindədirlər.

Şübhə yox ki, bu mövqe və Azərbaycana verilən dəstək Qarabağ münaqişəsi öz ədalətli çözümünü tapanadək getdikcə güclənəcək.

*****

“Tovuz istiqamətində vəziyyətin kəskinləşməsi fonunda ermənilər bir vacib detalı başa düşməli idilər ki, Ermənistanla Rusiya arasında heç bir siyasi əlaqə yoxdur”.

“Yeni Müsavat”ın məlumatlına görə, bu sözləri erməni politoloq Yervand Bozoyan Qarabağ ixtilafı ətrafında situasiyanı yerli mediaya şərh edərkən bildirib.

“O günlərdə bütün dünya gördü ki, müxtəlif ölkələr, o cümlədən Ərdoğanın təmsil etdiyi Türkiyə Azərbaycanı necə dəstəklədi. Azərbaycan Prezidenti İlham Əliyev daim Türkiyə lideri ilə əlaqə saxlayırdı. Nikol Paşinyan isə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də başqa birisi ilə əlaqə qura və danışa bildi. Yalnız xarici işlər nazirləri bir-iki dəfə ünsiyyət qurdular”, - deyə erməni politoloq məyusluqla vurğulayıb.

Onun sözlərinə görə, İlham Əliyev və Ərdoğan strateji müttəfiqlərin necə hərəkət etməli olduqlarını bütün dünyaya göstərdilər. “Paşinyan isə yalnız taxta yayxınıb və oradan siyasət haqqında danışır. Ancaq bu siyasət deyil, əksinə, onun yoxluğudur. Heç kim onunla işləmək istəmir”, - deyə Bozoyan qeyd edib.

Erməni ekspert Belarusdakı hadisələr və onların Ermənistan üçün ehtimal olunan nəticələri barədə də danışıb. O hesab edir ki, əgər qərbyönlü qüvvələr Belarusdakı vəziyyətdən istifadə edib prosesləri Rusiyanın mərkəzi hökuməti əleyhinə yönəldə bilsə, o halda bu, Ermənistanın dövlət təhlükəsizliyinə təhdid yaradacaq. “Ümumiyyətlə, Belarusdakı mövcud vəziyyət həm KTMT (”Rus NATO-su"), həm də Avrasiya İqtisadi Birliyi üçün təhlükə yarada, bu təşkilatlar fəaliyyətini dayandıra bilər", - deyə o əlavə edib.

*****

Əslinə qalsa, “Rus NATO-su” formal blokdur. Bəllidir ki, onun nüvəsini Rusiya təşkil edir və nə türkdilli Qazaxıstanla Qırğızıstan, nə də Belarus müharibə variantında Ermənistan tərəfdə Azərbaycana qarşı vuruşası deyil. Eləcə də Tacikistan. Rusiya isə Bakı və İrəvan arasında balansı gözləməyə çalışacaq. Hər necə olmasa, o, vasitəçi dövlətdir və əgər döyüşlər zamanı birmənalı olaraq işğalçıya dəstək versə, vasitəçi rolunu həmişəlik itirəcək. Həmçinin qardaş Türkiyə Azərbaycana açıq dəstək verməli olacaq. O halda Moskva ermənilərə köməyin bütün mümkün nəticələrinə də hazır olmalıdır.

*****

Türkiyəli analitiklər də regionda müharibə riskinin artdığını qeyd eləməklə yanaşı, işğalçı tərəfin növbəti təxribatlarına Bakı və Ankaranın hazırlıqlı olmasını vacib hesab edirlər.

“Ötən həftə Türkiyə və Azərbaycan ordusunun Naxçıvan bölgəsində həyata keçirdiyi birgə təlim nəticəsində Ermənistanda ciddi bir qorxu meydana gəldi”.

Bu sözləri isə Axar.az-a açıqlamasında tanınmış türkiyəli ekspert Həsən Oqtay Dağlıq Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın az öncə Gəncəni vurmaq hədələri və ATƏT-in bu bəyanata heç bir reaksiya verməməsi haqda danışarkən deyib.

Onun qənaətincə, Ermənistan tərəfi qorxunu aradan qaldırmaq üçün Gəncə açıqlamasını verib: “Gəncəyə atılacaq güllə isə Azərbaycanın Ermənistana müharibə elan etməsi üçün zəmin yaradar. Bu, qaçılmaz olaraq bölgədəki gərginliyi də artırar”, - deyə politoloq bildirib.

Ekspert ATƏT-in Arutyunyanın sayıqlamasına reaksiya verməməsi haqda da danışıb: “Hazırda dünyada müharibə riski və gözləntisi var. Ona görə də ATƏT-in Minsk Qrupu həmsədrləri hadisələr barədə fikir bildirməkdə çox ehtiyatlı davranırlar. Keçən ay Ermənistanın Tovuz rayonu istiqamətində hücumu müharibə üçün tutarlı səbəb idi. Çünki mübahisəli bölgədən kənarda, yeni bir ərazidə Ermənistan Azərbaycan torpaqlarına hücum etmişdi. İndi İrəvan öz uğursuzluqlarından diqqəti yayındırmaq üçün qondarma Qarabağ ”rəhbərliyi" tərəfindən böhran yaratmağa cəhd edəcək".

Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını xatırladan ekspert Arutyunyanın açıqlamasının əsl səbəbindən də danışıb: “Hər halda Türkiyə istənilən halda və istənilən şərtdə Azərbaycanın yanındadır və olacaq. Ermənistana təsir göstərən güclər, məsələn, Fransa Türkiyənin diqqətini Şərqi Aralıq dənizindən yayındırmaq üçün Ermənistan-Azərbaycan müharibəsi başlatmağa cəhd edə bilər. Ona görə də Bakı çox diqqətli olmalı, baş verənləri dərhal BMT-nin nəzdində gündəmə gətirməli və BMT-ni proseslərdə yaxından iştiraka çağırmalıdır. Azərbaycan silahlı qüvvələri isə ayıq olmalıdır, çünki bu və buna bənzər təxribatların yaxın gələcəkdə baş verməsi ehtimalı çox böyükdür”.

*****

Şübhə yox ki, Bakı və Ankara bundan sonra Qarabağ məsələsində, erməni təxribatı məsələsində maksimum uzlaşdırılmış, sinxron siyasətə və taktikaya üstünlük verəcək. Situasiyaya uyğun olaraq işğalçıya birgə və adekvat hərbi cavablar da öz yerində. Son birgə və möhtəşəm təlimlər göstərdi ki, bu cavablar bundan sonra qat-qat sarsıdıcı və assimetrik olacaq. Odur ki, düşmən ölkənin rəhbərliyi ağlını başına nə qədər tez yığsa və təxribatlar haqda deyil, sülh barədə fikirləşsə, bir o qədər öz xalqı üçün yaxşı olar...
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

Siyasət

3-08-2020, 15:20

"Baxın, dəstək verdiyiniz ölkənin baş naziri görün kimlərlə əlbirdir" - GƏLİŞMƏ

Siyasət

15-07-2020, 15:05

"KTMT-yə üzv dövlətlər Azərbaycanın haqlı olduğunun fərqindədir" - GƏLİŞMƏ

Siyasət

3-07-2020, 14:33

Avropa və ABŞ-ın “tula payı”nın ümidinə qalan İrəvan... - TƏHLİL

Siyasət

20-06-2020, 12:00

Yeni bazarlıq: Köçəryanı buraxır, Tsarukyanı həbs edir... - GƏLİŞMƏ

Dünya

12-06-2020, 14:31

Virusdan ölməkdə davam edən ermənilər və... - GƏLİŞMƏ

Siyasət

9-06-2020, 14:33

Cəhənnəmə addımlayan ölkə, gəmini tərk edən komanda və çarəsiz Paşinyan: - Ölkə müharibə astanasında

Bölgə

24-04-2020, 15:18

“İndiki vəziyyətdə yeganə yol Ağdamın geri alınmasıdır” - GƏLİŞMƏ

Müsahibə

22-02-2020, 17:10

Ekspert: “Azərbaycanın NATO ölkəsindən hərbi təyyarələr alması Ermənistana ciddi mesajdır”

Siyasət

22-02-2020, 16:00

Dağlıq Qarabağda “Təhlükəsizlik Şuraları”nın qapalı iclası keçirilir - Paşinyanın iştirakı ilə

Son xəbərlər
  • Dün, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • Dün, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dün, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
Daha çox
Çox oxunanlar
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Dün, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə