USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

Gündəm

21-02-2020, 13:36

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

Hər kəsə bəllidir ki, bu ilin 15 fevralında Almaniyanın Münhen şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Onu da bildirək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş belə bir görüşün moderatoru​ ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander olur və panel müzakirələr təqribən bir saata yaxın davam edir.​ Keçirilən görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti bir daha bildirdi ki, Ermənistan Azərbaycan ərazisinin 20 faiz torpaqlarını işğal etməsinə, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmələr həyata keçirməsinə, həmçinin Xocalı ​ soyqırımını törətməsinə baxmayaraq, Dağlıq Qarabağ əraziləri Azərbaycana məxsusdur və bizim ölkənin ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənilər işğal olunmuş torpaqlarımızı ələ keçirdikdən və həmin ərazilərdə azərbaycanlıları etnik təmizləmələrə məruz qoyduqdan sonra, onlar mədəni irsimizin məhv edilməsi yöndə də addım atdılar. Baxmayaraq ki, Ermənistanın Dağlıq Qarabağda heç bir tarixi irsi yoxdur.

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

​Cənab İlham Əliyev çıxışı zamanı onu da qeyd edir ki, Ermənistanın bütün liderləri indiyə kimi mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Bu gün işğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistanın silahlı qüvvələridir və onlar hesab edirlər ki, ələ keçirdikləri torpaqlarımızı həmişəlik özlərində saxlaya biləcəklər. Bu heç də belə olmayacaq. Azərbaycan Respublikasının Prezidenti keçirilən görüş çərçivəsində onu da vurğulayır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ​ Ermənistan deyil və bugünə kimi Dağlıq Qarabağı dünyanın heç bir ölkəsi tanımayıb. Ermənistanın baş naziri​ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz şərh edir və o,​ Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu da unudur. Keçirilən görüş çərçivəsində Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanaraq etdiyi bu cür çıxışlar Nikol Paşinyanın növbəti dəfə susdurulmasına və işğalçı ölkə rəhbərinin geniş auditoriya qarşısında çıxılmaz vəziyyətə düşməsinə səbəb oldu. Birsözlə, Ermənistanın baş nazirinin​ heç bir əsası olmayan, real faktlara söykənməyən çıxışları, onun “mat vəziyyət”ə düşməsi ilə nəticələndi. Adicə bir məqama da diqqət yetirək ki, təkbətək keçirilən görüş zamanı çəkilmiş foto-şəkillərdən də görünür ki, geniş auditoriya qarşısında çıxılmaz vəziyyətə düşən Nikol Paşinyan, Azərbaycan Prezidentinin sifətinə düz baxa bilmir. Bu da onu söyləməyə əsas verir ki, cənab İlham Əliyevin Ermənistanın baş nazirinə “keçdiyi tarixi dərs”, onun öz ölkəsində reytinqinin sıfır həddinə düşməsinə səbəb oldu. Bəli, çox keçmədi ki, bu belə də oldu. Çünki, Ermənistanın bəzi media qurumlarında Nikol Paşinyan savadsızlıqda ittiham olundu, hətta onu kütbeyin adlandıranlar da tapıldı. Bütün bunlar da onu söyləməyə əsas verir ki, 1990-cı ili əvvəllərində himayədarlarının dəstəyi sayəsində 20 faiz torpaqlarımızı ələ keçirən, 1 milyondan çox soydaşlarımızı dədə-baba torpaqlarından didərgin salan işğalçı dövlət və onun siyasi rəhbərliyi, gectez Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və təkmil ordumuzun qarşısında duruş gətirə bilməyəcəklər. Adicə bir faktı qeyd edək ki, Münhendə keçirilən görüş zamanı cənab İlham Əliyevin faktlara əsaslanan çıxışı zamanı auditoriya qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri, məhz öz savadsızlığı və hazırlıqsızlığı ilə nəyə qabil olduqlarını ortaya qoydu. Bu da o deməkdir ki, düşmən tərəfi gectez Azərbaycanın qarşısında boyun əyməli olacaq. Münhen görüşü bir daha sübut etdi ki, hər kəsə öz dilində cavab verməyi bacaran, ölkəmizin ildənilə çiçəklənməsində yorulmadan çalışan, Ermənistanın baş nazirini dürüst cavabları ilə yerində oruzduran cənab İlham Əliyev, xalqımızın-dövlətimizin maraqlarının lazımınca müdafiə olunmasında vargücü ilə çalışan ölkə rəhbəridir.
​ ​ Bəli, həm bir KİV nümayəndəsi, həm də AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər portallarının rəhbəri olaraq, cənab Prezidentin bu cür cəsatətli addımlarını olduqca alqışladım və baş verənləri qələmə almağı, sanki özüm üçün borc bildim. İndi başa düşürəm ki, dünyada baş verən münaqişələr, qolbal proseslər hansısa maraqlar çərçivəsində yaradılır və bəzən də böyük dövlətlərin müdaxiləsi əsasında nizamlanır. Artıq 30 ilə yaxındır ki, bizim də Dağlıq Qarabağ problemimiz var. Əgər belə bir problemin həllinə “kənar əllər”in müdaxiləsi olmazsa, o halda biz itirilmiş torpaqlarımızı qısa zaman kəsiyində geri qaytara bilərik.​ Ümidvaram ki, çox yaxın vaxtlarda biz belə bir problemin həllinə cənab Prezidentin rəhbərliyi altında nail olacağıq.
​ ​ Çünki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur və tam əksəriyyət ölkə rəhbərinin həyata keçirdiyi müdrik siyasəti dəstəkləyir. Hal-hazırda xalqımızın birliyini daha da möhkəmləndirmək, bəzi dar dürüşüncəli, qaragüruhçu qüvvələri zəzsizləşdirmək üçün, ağsaqqalları dəvət edib onlarla məsləhətləşmək daha yaxşı hal olar. Yəqin ki, bu yöndə atılan addımlar həm birliyimizin möhkəmlənməsinə, həm də itirilmiş torpaqlarımızın geri qaytarılmasına imkanlar açar. Bəzi nankor məmurların özlərini və yaxınlarını düşünmələri səbəbindən, onlar bu gün xalqımıza məxsus var-dövləti talamaqla məşğul olurlar. Zaman gələcək, onlar tutduqları əməllərə görə cavab verməli olacaqlar və hər kəsdə bunun şahidi olacaq. Vaxtilə mərhum Məmmədbağir Bağırzadənin oxuduğu “Kimlərə qaldı dünya” mahnısında qeyd olunduğu kimi, bu dünya heç kimə qalmayacaq. Buna baxmayaraq, bu gün bir kimsə öz səhfini etiraf etmək istəyində deyil. Onu da unutmayaq ki, bizim xalqın gözəl xüsusiyyətlərindən biri də, etiraf etməyi bacarmasıdır. Odur ki, o böyük Allah-Təala bütövlükdə xalqımızı- dövlətimizi qorusun!. Amin...


Savadsız Baş nazir gülünc vəziyyətə düşdü
​Rasafil Bayramov
AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər ​portallarının rəhbəri

Paylaş:
Digər xəbərlər

Siyasət

21-02-2020, 14:14

Azərbaycan və İtaliya Milli Olimpiya komitələri arasında memorandum imzalandı

Maqazin

21-02-2020, 14:14

Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlılar tutuldu - FOTO

Araşdırma

21-02-2020, 14:13

Məmurların toxunulmazlıq mifi dağıldı...

Bölgə

21-02-2020, 13:29

Bakı-Quba yolunun beton hissəsi bərpa ediləcək

Gündəm

21-02-2020, 10:26

Bakıda tarakanların “at oynatdığı” məşhur restoranın sahibi barədə qərar verildi - VİDEO

Dünya

21-02-2020, 10:25

Şimali Kipr avtomobil istehsal edəcək

Siyasət

21-02-2020, 09:23

Prezident: "İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır"

İdman

21-02-2020, 09:23

AFFA bəyanat yaydı

Video

21-02-2020, 09:23

Azərbaycanda “Kibertəhlükəsizlik strategiyası"nın hazırlanması niyə yubanır?

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə