USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycanda orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi təklif olunur.
“foto.info.az”in xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) dəyişiklik ediləcək.
Dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.
Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.