USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türk Şurası dövlət başçılarının növbəti sammiti 12 noyabr 2021-ci ildə İstanbulda keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O, türk dövlət başçılarının 8-ci sammitində Türk Şurası üçün tarixi addımların atılacağını bildirib.
Çavuşoğlu İstanbul sammitinə Türkmənistanın müşahidəçi qismində qatılacağını söyləyib.
Qeyd edək ki, Türk Şurası 2009-cu ildən mövcuddur. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Türkmənistan neytral ölkə olduğunu bildirərək təşkilata qoşulmur. Təşkilatda Macarıstan müşahidəçi statusuna sahibdir.