Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağında ev əşyaları 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.