USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Vətəndaş məsuliyyəti artırılmalıdır”

Sosial

15-03-2023, 12:56

"Vətəndaş məsuliyyəti artırılmalıdır”Füzuli Kərimov: “Erkən nikahların sayının artması ölkədə demoqrafik böhrana gətirib çıxara bilər”

Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur.

Ekspertlərin qənaətinə görə, erkən nikah sosial məsələ olduğundan onun tamamilə aradan qaldırılması mümkün deyil. Nəticədə bu sosial bəlanın vurduğu ziyanın təsirini cəmiyyət daşımalı olur. İlk növbədə qeyd edək ki, erkən nikah şagirdlərin, xüsusilə də qızların təhsildən yayınması ilə yekunlaşır ki, nəticədə gənclər arasında savadsızlıq sindromu genişlənir. Sabadsız gənclərin iradəsi zəif olduğundan onları təsir altına salmaq daha asan olur. Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd olunur ki, ölkədə 15-17 yaşlı qızlar tərəfindən dünyaya gətirilən diri körpələrin sayı 1917 olub, 1219 belə hal kənd yerlərində baş verib. Bu isə ən azı 1917 qızın təhsildən yayındığını deməyə əsas verir.

Bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ananın olması deməkdir. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür. Faktdır ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Aparılan araşdırmalar göstərir ki, qızlar arasında təhsildən yayınma və erkən nikaha girmə hallarlları daha çox ölkənin Mərkəzi Aran, Cənub bölgələrində, hətta Bakının kəndlərində pozulur. Mövzu ilə bağlı bağlı cəmiyyətdə mütamadi maarifləndirmə işləri aparılmalıdır. Z.Tağıyevin dediyi kimi “Bir kişinin təhsil alması, yalnız savadlı bir insanın olması deməkdir. Amma bir qadının təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Son zamanlar genetik tədqiqatlarda, uşaqlara zəka geninin atadan deyil anadan keçdiyi aşkar edilib.

Xatırladaq ki, dünyada erkən nikahların səbəbləri müxtəlifdir. Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir. Erkən nikahlarının sayının artmasında elə valideyinlərin də suçu kifayət qədərdir.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimovun fikrincə, erkən nikahlar əsasən valideynlərin təsiri ilə baş verir. Yetkinlik yaşına çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim barədə qərar verə bilmirlər. Erkən nikahın əslində böyük məsuliyyətsizlik olduğunu diqqətə çatdıran QHT sədri vurğulayıb ki, bu hal qızları təhsildən yayındırır, psixologiyasına mənfi təsir göstərir. Bu cür qızların ağır ailə məsuliyyətini, ağır ailə yükünü öz zərif çiyinlərində daşımağa gücləri çatmır: “Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır:nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilimiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib. Lakin buna baxmayaraq, hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Bununla bağlı xüsusilə məktəblərdə maarifləndirmə işlərin aparılmalıdır”.

QHT sədri bildirib ki, erkən nikahların sayının artması ölkədə demoqrafik böhrana gətirib çıxara bilər. Bir tərəfdən ailələrin dağılması, digər tərəfdən isə dünyaya xəstə uşağın gətirilməsi təbii ki, demoqrafik prosesə təsirsiz ötüşə bilməz: “Bəzi dini və mədəni adətlər, eləcə də yoxsulluq üzündən bəzi regionlarda azyaşlı qız uşaqlarının nikah qurması geniş qəbul edilmiş bir haldır. Bu nikahlar qanunsuz olduğundan, onlar dövlət orqanlarında qeydiyyata alınmır və beləliklə də, bu problemin miqyasını asanlıqla müəyyən etmək də mümkün deyil. Odur ki, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə və inzibati tədbirlər gücləndirilməlidir. Cəmiyyətə aşılanmalıdır ki, erkən nikah halı baş verdikdə ailə quran həmin qızlar təhsildən kənarda qalır, onların sağlamlığına ziyan dəyir, gələcəkdə öz maddi müstəqilliyini təmin edə bilmirlər, bir çox hallarda isə bu, həm özlərinin və körpələrinin hüquqlarının pozulmasına gətirib çıxarır”.

F.Kərimovun sözlərinə görə, erkən nikah Azərbaycanın ailə genefonduna təsiri baxımından aktual problem kimi qalmaqdadır. Bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirmə işlərinə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar.

Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır: “Bundan başqa, bu sahədə qanunun aliliyi və işləkliyi təmin edilməlidir. Qızların təhsildən yayındırılaraq ərə verilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət və inzibati məsuliyyəti qanunvericilikdə öz əksini geniş tapmalıdır. Cinayət Məcəlləsi ilə yanaşı, Mülki və Ailə məcəllələrində, həmçinin “Təhsil haqqında” Qanunda xüsusi hüquqi məsuliyyət müəyyən edən və erkən nikahların qarşısını alan maddələr öz əksini tapmalıdır ki, gənc qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslər – istər valideynlər, istərsə də kəbin kəsən din xadimləri özlərində hüquqi məsuliyyət hiss etsinlər və buna yol verməsinlər. Həmçinin vətəndaş məsuliyyəti artırılmalı, erkən nikaha daxil olaraq zorakılığa məruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstərilməli, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə mütəmadi təlimlər keçirilməli, erkən nikahın əksər hallarda qeyri-normal təsiri, ailə münasibətləri və doğulan uşaqların bəslənməsində qarşıya çıxa biləcək problemlərin baş verəcəyini əks etdirən maarifləndirici materiallar hazırlanmalıdır”.

Cavid

Yazı “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
Digər xəbərlər

Sosial

9-03-2023, 17:02

Bu tələbələr aylıq 200 manat təqaüd alacaq

Sosial

6-02-2023, 08:01

“Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsinə start verilib

Sosial

16-09-2022, 15:27

Milli-mənəvi dəyərlər xalqın sərvətdir

Sosial

19-11-2021, 13:08

200 min əlilliyin ləğv olunma səbəbi

Sosial

15-11-2021, 07:37

İnsan həyatının böhran ili hansı yaşda olur?

Sosial

4-06-2021, 13:05

Əlillik almaq ŞƏRTLƏRİ SƏRTLƏŞDİRİLİR - YENİ QAYDALAR

Sosial

22-02-2021, 00:30

Pensiyaya çıxmaq istəyənlərin nəzərinə...

Sosial

8-02-2021, 20:41

Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı “Azərbaycan modeli” formalaşır

Gündəm / Siyasət / Sosial

3-02-2021, 18:43

Gənc ailələr, boşanmalar, vətəndaş nikahları - Deputatlar iclasa TOPLANDI

İqtisadiyyat / Sosial / Dünya

27-01-2021, 02:57

Türkiyəyə turlar bahalaşdı

Sosial

28-07-2020, 11:55

Uşaqlarınızı belə oturmağa qoymayın, YOXSA...

Son xəbərlər
  • Bugün, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • Dün, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
Daha çox
Çox oxunanlar
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
9-09-2026, 13:03
Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə