USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AME İnstitutubda iki milyonluq yeyinti aşkarlandı - Tarixçi alim və həyat yoldaşının məhkəməsi

Sosial / Hadisə

30-03-2023, 14:46

AME İnstitutubda iki milyonluq yeyinti aşkarlandı - Tarixçi alim və həyat yoldaşının məhkəməsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa sədrlik edən hakim Azad Məcidov təqsirləndirilən Səbuhi Hüseynovu sorğu-sual edib.

Hakim Səbuhi Hüseynovdan ilk olaraq hansı rayonlarda ekspedisiya apardığı və gördüyü işlərin nəticəsi barədə soruşub:

“2019-cu ilin yeddi ayı ərzində 60 ekspedisiya aparmısınız. O 60 ekspedisiyada nə icad eləmisiniz? Hansı işləri görmüsünüz?”

Səbuhi Hüseynov suala cavab olaraq deyib ki, onun ekspedisiyaları kəşfiyyat xarakteri daşıyıb, mindən artıq tarixi abidəni tədqiq edib:

“Mən müəyyən etdim ki, Ağdam və Ağcabədi rayonlarında 150-dən çox tarixi abidənin yeri məlum deyil. Bunlar araşdırılmalıdır. Tədqiqatçı aparmışam, gördüyüm işlərin də hesabatını vermişəm”.

Hakimi maraqlandıran digər məsələ isə ekspedisiya müddətində xərclənən pulların mənbəyi ilə bağlı olub. Hakim təqsirləndirilən şəxsə ekspedisiyanın hər günü üçün cəmi 40 manat pul ayrıldığını nəzərdə tutaraq: “Siz 40 manatla nə yeyib-içmisiniz, harada qalmışınız? Bilirəm ki, hotellərin qiyməti çox bahadır. Elə mən Naxçıvanda bir gecə qalmağa görə hotelə 150 manat verdim. Bundan başqa, dörd rayona gedib-gəlmisiniz, mən hesablayıram, 40 manat heç sizin maşının benzin pulunu ödəmir”, - deyə bildirib.

Səbuhi Hüseynov 40 manatın yalnız yemək xərci üçün verildiyini, digər təminatlar üçün isə şəxsi vəsaitini istifadə etdiyini deyib:

“Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayonlarında ekspedisiyada olduğum müddətdə bizim heyətdən heç kimə qalmaq üçün pul verilməyib. Tədqiqatlara görə öz cibimdən pul ödəmişəm. Özüm də həmin müddətdə bacanağımın evində qalmışam”.

Daha sonra təqsirləndirilən Gülüstan İsayeva sərbəst ifadə verib.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib.
Gülüstan İsayeva institutda olan qanunsuzluqlara görə sabiq direktor Maisə Rəhimovanı ittiham edib:

“Əvvəllər işlədiyim müddət ərzində heç vaxt töhmətim olmayıb. İnstitutda hökm sürən qanunsuzluqlara etiraz etməyə başlayandan sonra vəziyyət dəyişdi. Maisə Rəhimova işə ştatdankənar adamlar götürürdü. İnstitutun 299 nəfər işçisi var idi, amma 50-60 nəfər işə gəlirdi. Maisə Rəhimova özünə və xaricdə olan qohumlarına mükafat yazırdı. Təsəvvür edin, xaricdə yaşayan şəxslər hər ay institutdan əməkhaqqı alırdılar. Bundan başqa, Şəki və Tovuzda yaşayan şəxslərə pul ayrılırdı, guya Bakıdan oraya ezamiyyətə gediblər. Halbuki adamlar elə orada yaşayırlar. Həmçinin Naxçıvan Dövlət Universitetində işləyən bir neçə nəfərə eyni adla pul köçürülüb. Sənədlərdə də qeyd olunurdu ki, Bakıdan Naxçıvana ezam olunublar”.

Gülüstan İsayevanın dediyinə görə, 2021-ci ildə Ramiz Mehdiyev akademiyanın prezidenti olarkən institutdakı qanun pozuntuları ilə bağlı yoxlama aparılıb, 2 milyon 330 min manat yeyinti aşkar olunub:

“Müəyyən olundu ki, həqiqətən də, institutda qanun pozuntuları olub. İşləməyən adamlara əməkhaqları ödənilib, görülməyən işə görə pullar xərclənib. Amma sonra necə oldusa, aşkar olunan qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına məlumat göndərilmədi. Maisə Rəhimova işdən çıxarıldı, mənim də barəmdə cinayət işi başlanıldı. Halbuki, mənim şikayətimlə yoxlama aparılmışdı”.

Prokurorun “Maisə Rəhimova vəzifəsindən azad olunduqdan sonra sizi nəyə görə işdən çıxardılar?” sualına isə Gülüstan İsayeva: “Sonra təyin olunan direktor da Maisə Rəhimovanın adamı olduğuna görə”, - cavabını verib.

Proses aprelin 5-də davam etdiriləcək.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub.

Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Paylaş:
Digər xəbərlər

Sosial / Hadisə

29-03-2023, 19:56

Müğənninin avtomobilindən oğurluq edilib

Sosial / Hadisə

1-03-2023, 13:39

Bloger Səbuhi Xanlarov həbs olundu

Gündəm / Sosial

30-11-2022, 10:22

Bakıda 11 il əvvəl qətl törədən şəxsin məhkəməsi başlayır

Gündəm / Sosial

23-11-2022, 18:29

Tanınmış jurnalist Səbuhi Məmmədlinin səhhəti ilə bağlı TƏBİB açıqlama verib

Gündəm / Sosial

1-10-2022, 12:23

Müdafiə Nazirliyi şəhid Səbuhi Əhmədovun qardaşına Şəhid ailəsi arayışı verdi

Sosial

22-12-2021, 07:55

Ramiz Mehdiyev sabiq nazirin oğluna vəzifə verdi

Gündəm / Sosial / Hadisə / Araşdırma

1-12-2021, 16:19

Tofiq Yaqublu xəstəxanaya aparılıb

Sosial

7-09-2021, 12:46

Alim Qasımovun kürəkəninə hökm oxunub

Sosial

10-08-2021, 18:09

“Yeni Klinika”nın həbs edilən direktoru özünü təqsirli bilmədi

Sosial

6-07-2021, 10:03

Dünya şöhrətli azərbaycanlı alim vəfat etdi - FOTO

Gündəm / Sosial / Hadisə

19-02-2021, 19:00

Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirildi

Hadisə

7-05-2020, 13:47

Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı - MƏHKƏMƏ

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə