Türkiyənin Adıyaman vilayətinin Çelikhan ilçəsində 4,6 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerin 8,64 km dərinliyində qeydə alınıb.
Qəndilli Rəsədxanası isə zəlzələnin maqnitudasını 4,7 olaraq qeyd edib.