USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Yazıçı Əlisa Nicat: “Anar məndən qisas aldı”

Sosial

10-08-2023, 19:46

Yazıçı Əlisa Nicat: “Anar məndən qisas aldı”

Bu gün Azərbaycanın sevilən yazıçılarından olan Əlisa Nicatın ad günüdür. Yazıçının 88 yaşı tamam olur.

Foto.info.az Əlisa Nicatın Qaynarinfo-ya verdiyi müsahibəni təqdim edir:

- Bu günə kimi evimdən başqa yerdə ad günü keçirməmişəm. Mən ancaq evimdə rahat oluram. Dostlar sağ olsun, dəvət edirlər, məclis təşkil edirlər, amma getmirəm. İctimai televiziyada bir dəfə mənə həsr olunan veriliş hazırladılar, ancaq ora gedib gəldim, vəssalam. 88 yaş zarafat deyil. Ona görə oturmuşam Masazırdakı evimdə, dincəlirəm. Evimin də şəraitinə söz ola bilməz. Gəlib düzəltdilər, insan yaşayası hala saldılar. Güzgü kimi bir ev verdilər mənə. Sağ olsunlar, dünyada hələ də insanlıq itməyib, gözəl insanlar varmış. Eyvanı bağlayıb şüşəbənd ediblər. Kitablarım yerdə idi. Köhnə şkafları atıb təzəsini aldılar. Evdə nə varsa hamısını təzələyiblər. Hamam da evin içindədir. Bir sözlə, indi bilirəm ki, yaşayıram.

- Evinizin təmirini kim edib, sizə kimlər dəstək oldu?

- Şahbaz Xuduoğlu və iki xanım, vəssalam.

- Xanımlar kimdir, adını deyə bilərsiniz?

- Biri Qənirə xanım, biri də Zemfira.

- Yəqin ki, söhbət Milli Məclisin deputatı Qənirə Paşayevadan gedir.

- Yox əşi, nə deputat, bu ayrı Qənirə xanımdı. Zemfira xanım da onun qızıdır. Ziyalı ailədəndirlər. Deyəsən şirkətləri var, təmir-bərpa işlərini onun hesabına etdilər. Allah onları saxlasın, mənə qalsaydı, bir şkaf da ala bilməzdim.

- Tək yaşayırsınız?

- Bəli, dördotaqlı evimdi, oğlum, gəlinim orada yaşayır. 10 il olar ki, hörmətli deputatlardan biri də mənə iki otaqlı ev tikdirdi. Hazırda deputatın mənə tikdirdiyi evdə yaşayıram. Uşaqlarla mənim üçün çətindir. Odur ki, təkliyi seçdim, sakitlikdir, kitablarla oturub-duran adamam.

- Bəs ev işlərinizi kim görür?

- Bütün işləri gəlin edir. Bişirib gətirir. Evin təmizliyi də onun ixtiyarındadır.

- Yoldaşınızın vəfatından sonra niyə evlənmirsiniz? Tək çətin deyil?

- Yoldaşım iki il əvvəl rəhmətə gedib. Ondan sonra nə evlənmək? Lap tək olsaydım, baxanım olmasaydı belə, evlənməzdim. Bu saatdan sonra nəyimə lazımdır evlilik?

- Doğum gününüzdə Yazıçılar Birliyindən nə gözləyirsiniz?

- Heç nə. Bu günə kimi nə olub ki, bu gündən sonra nə olsun?

- Səbəb?

- Anarın mənimlə arası yoxdur. Düşməndir mənimlə. Məni bir dəfə saymadı. Hətta bütün qələm adamlarına verdiyi bir illik mükafatı belə, mənə qıymadı. Adımı yazdılar, Anar gələn kimi adımın üstündən xətt çəkdi, pozdu. Qisas aldı məndən...

- Anar kimi bir ziyalının sizdən alıb-verə bilmədiyi nədir?

- Haçansa Rəsul Rza haqqında fikir demişəm. Əslində olmuş, özümlə əlaqədar hadisəni demişəm. O da Anarın acığına gəldi. Mən də bilmədim, gərək deməyəydim. Bir dəfə Rəsul Rza məndən balıq istədi, mən də qulaqardına vurdum. Bu da mənə zərər vurdu, Rəsul Rza imkan vermədi “Qızılbaşlar” romanım çıxsın. Bunu dedim, Anar da bunu eşidib düşmənçilik apardı.

- Birliyin o qədər üzvləri, səlahiyyətli şəxsləri var, məsələn, dünyaşöhrətli Çingiz Abdullayev də sizə dəstək olmur?

- Birliyin qayda-qanunu var, bundan xəbəriniz yoxdur? Anar orada diktatordur, kimsə birlikdə onun əleyhinə gedə bilməz. İllər öncə birliyə getmişdim, Anar yox idi. Məni hörmətlə qarşıladılar, təqaüd veriləcək-filan. Elə ki Anar gəldi, ondan sonra birliyə gedəndə məni hörmətlə qarşılayan xanımlar da üz döndərdilər. Ağızlarını açmadılar. Elə bil Əlisa Nicat deyil gələn. Dostlar sağ olsun, zəng edib təbrik edirlər.

Kitablarımı kim oxuyursa hamısı məni təbrik edir. Həm gəlir, həm də təbrik edirlər. Sağ olsunlar, məni təbrik edən hər kəsə təşəkkür edirəm. İnsan bu dünyadan köçəndə özü ilə heç nə aparmır.

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə

25-01-2023, 19:34

Holokost qurbanlarının beynəlxalq anım günü ilə əlaqədar ADU-da tədbir təşkil olunub

Gündəm / Siyasət / Sosial

9-01-2023, 20:24

Qorxudan İrəli gələn aqressiya

Sosial

15-12-2022, 11:46

“Azərbaycana heyranam”

Gündəm / Sosial

2-12-2022, 20:28

Heç kəsə yaltaqlıq etməyən 87 yaşlı yazıçı Əlisa Nicat

Siyasət / Sosial

27-04-2022, 18:20

Adı kimi özü də "Gözəl" Bayramlı

Sosial / Hadisə

12-04-2022, 23:43

Xalq yazıçısı Mirşahinin sərt tənqid etdi

Gündəm / Sosial / Səhiyyə

2-03-2021, 01:10

Millət vəkili: “COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamam”

Gündəm / Sosial / Video

27-08-2020, 18:17

Şəhid, Milli Qəhrəman Çingiz Mustafayevin 60 yaşı tamam olur…

Gündəm / Sosial / Video

22-07-2020, 00:30

Yazıçı-publisist Namiq Atabəyli jurnalist həmkarlarını təbrik edir!

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə