Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.