
Bu gün Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin istintaq müddətinin daha 3 ay artırılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb. Məhkəmə jurnalistlərin həbs müddətinin uzadılması qərarını qüvvədə saxlayıb.
Həbs müddəti uzadılan şəxslər:
• Ramin Cəbrayılzadə (Deko)
• Aysel Umudova
• Xəyalə Ağayeva
• Natiq Cavadlı
• Şəmşad Ağayev (Ağa) – “arqument.az” saytının baş redaktoru
• Fatimə Mövlamlı
• Ülviyyə Quliyeva (Əli)
• Ülvi Tahirov – vətəndaş cəmiyyəti fəalı, Meydan TV ilə əlaqəsi yoxdur
• Aynur Qənbərova (Elgünəş)
• Nurlan Qəhrəmanlı (Libre)
• Aytac Əhmədova (Tapdıq)
Vəkillər məhkəmənin bu qərarına etiraz etdiklərini bildiriblər və apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.