USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Hüquq müdafiəçisi Zəfər Əhmədov və oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş fəalı Fuad Əhmədli iyulun 17-də səhər saatlarında Baş Prokurorluğa aparılıblar. Bu barədə məlumatı Zəfər Əhmədov özünün “Facebook” səhifəsində paylaşıb.
Əhmədovun sözlərinə görə, səhər saat 7 radələrində onların yaşadıqları mənzilə Baş Prokurorluğun müstəntiqi, altı nəfər əməliyyatçı və iki hal şahidi gəlib. Eyni zamanda evdə axtarış aparılıb və bütün texniki cihazlar götürülüb.