USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakının Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanğınla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb edilib. Ərazi hüquq-mühafizə orqanları tərəfindən mühafizəyə götürülüb, sakinlərin təhlükəsizliyinin təmin olunması, təxliyyə və digər zəruri tədbirlərin görülməsi təmin edilir.
Hadisənin səbəbləri araşdırılır.