
Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 33 cinayət hadisəsinin, həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, gün ərzində müxtəlif istiqamətlər üzrə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 228 nəfər saxlanılıb. Onlardan 190 nəfəri borclu şəxs qismində axtarışda olanlardır.
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
DİN-in məlumatına görə, cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Nazirlik qeyd edir ki, əməliyyat tədbirləri respublika üzrə ictimai təhlükəsizliyin təmin olunması istiqamətində davam etdirilir.