USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 69 cinayət hadisəsi, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 82 nəfər saxlanılıb. Onlardan 71-i borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.
Hesabat günü ərzində narkotiklərlə əlaqəli 29 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 33 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.