USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Buz bağlamış hüquqlar"

Sosial

9-06-2026, 11:58

 "Buz bağlamış hüquqlar"


Bu ilin əvvəlində (2026) reabilitasiya mərkəzində müalicə alarkən, şaxtalı havalara baxmayaraq, orada istilik sisteminin işləmədiyini gördüm. Dəhlizlərin çöldən fərqi yox idi. Hətta müalicənin əvvəlində soyuqlayıb xəstələndim də.

Bununla bağlı Tibbi-Sosial Ekspertiza Mərkəzinin rəhbərliyinə şikayət etdim. Şikayətimi eşidən mərkəzin baş həkimi otağıma gəlib dedi: "Təəssüf ki, haqlısınız, amma hələlik bir şey edə bilmirəm".

İki il əvvəl də orada müalicə alanda eyni problemlə qarşılaşmışdım və bunu birbaşa baş həkimin özünə demişdim. O, problemi həll edəcəyinə söz versə də, iki il ərzində heç nə dəyişmədi.

Məncə, bunu qəsdən edirlər.

Əlbəttə, bu bir təxmin, versiyadır. Əlimdə heç bir sübut yoxdur. Ancaq düşünürəm ki, reabilitasiya mərkəzinin istilik sisteminin işləməməsi oranın rəhbərliyinə, eləcə də inklüziv sahə ilə bağlı aidiyyəti qurumlara müəyyən mənada sərf edir.

Niyə?

Çünki bunun arxasında kifayət qədər iblisanə bir məntiq dayanır.

Təsəvvür edin ki, reabilitasiya mərkəzində müalicə alan əlilliyi olan şəxslər səhər, günorta və axşam bir araya gəlib söhbət edir, onları narahat edən ümumi problemlərdən danışırlar. Aralarında təşəbbüskar və nisbətən cəsarətli olanlar təklif edir ki, "gəlin yığışıb baş həkimin otağına gedək və gündəlik verilən it yalı kimi keyfiyyətsiz yeməklərdən şikayət edək". Daha cəsarətliləri isə bundan da irəli gedərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşmağı, plakatlar qaldırmağı və etiraz şüarları səsləndirməyi təklif edə bilərlər.

"Gül" kimi sabitliyi pozan adamların bir yerə toplaşmaması daha yaxşıdır.

"Əşi, soyuq dəhlizlərdə sizin nə işiniz var? Oturun isti, həbsxana kamerasını xatırladan otaqlarınızda. Allahınıza şükür edin ki, sizə, ümumiyyətlə, belə bir şərait yaradılıb və gəlib burada, heç olmasa yalandan da olsa, müalicə alırsınız".

Müalicə də müalicə ola...

Potensial etirazçı qrupun bir araya gəlməsi, təşkilatlanması və öz hüquqlarını tələb etməsi "təhlükəli" görünə bilər. Xüsusən də söhbət ölkədə ən çox əzilən və ən çox gözardı edilən qruplardan birindən gedirsə. Elə bir qrupdan ki, əksəriyyətinin itirməyə canından başqa heç nəyi yoxdur.

Bu, təkcə əlavə başağrısı yaratmır. Eyni zamanda digər həssas qrupların da təşkilatlanmasına və etiraz mövqeyinə keçməsinə təkan verə bilər.

Əlbəttə, bunlar mənim fərziyyəmdir. Sübut edə bilmərəm. Di gəl hansısa hadisənin mahiyyətini başa düşmək üçün bəzən sənədlərdən çox məntiqə baxmaq lazım gəlir.

Çünki bu ölkədə əlilliyi olan insanlara münasibətdə əsas problem təkcə yoxsulluq, əlçatanlığın olmaması və ya keyfiyyətsiz xidmət deyil. Ən böyük problemlərdən biri onların görünməsinin istənilməməsidir.

Əlilliyi olan insan küçədə görünməməlidir.

İctimai nəqliyyatda görünməməlidir.

Teatrda, kinoda, universitetdə görünməməlidir.

Və ən əsası, birlikdə görünməməlidir.

Bunun nəticəsidir ki, yarım milyondan çox əlilliyi olan insanın yaşadığı ölkədə ictimai yerlərdə onlara çox az rast gəlinir.

Bəli, problem təkcə əlilliyi olan bir nəfər deyil. On nəfərin bir yerə yığılmasın artıq sual doğura bilər. Yüz nəfər əlilliyi olan insan isə statistika olmaqdan çıxıb sosial qüvvəyə çevrilə bilər.

Məhz buna görə də cəmiyyətimizin əlilliyi olan insanlara münasibəti çox vaxt qayğıdan daha çox nəzarəti xatırladır. Sənə kömək etmək istəyirlər, ancaq söz sahibi olmağını istəmirlər. Sənə yemək verməyə razıdırlar, amma ki həmin yeməyin keyfiyyətsiz olduğunu soruşmağını qəbul etmirlər. Sənə reabilitasiya təklif edirlər, lakin həmin reabilitasiyanın hansı şəraitdə keçirildiyini müzakirə etməyini xoşlamırlar.

Avtoritar düşüncə tərzinin ən maraqlı, əcaib xüsusiyyəti budur: o, hətta mərhəməti də idarəetmə alətinə çevirir.

Belə sistemlərdə vətəndaş hüquq sahibi kimi deyil, minnətdar olmalı olan şəxs kimi qəbul edilir. Ona görə də ən çox eşitdilən cümlələrdən biri budur:

"Şükür edin"!

Bu ifadə zahirdə dini və mənəvi səslənsə də, əslində, siyasi məna daşıyır. Çünki "şükür edin" deyiləndə, çox vaxt "haqqınızı tələb etməyin" nəzərdə tutulur.

Mən reabilitasiya mərkəzindəki soyuqdan danışanda, əslində, radiatorlardan danışmıram. Məsələ batareyaların işləməməsi deyil. Məsələ insanların illərlə eyni problemlərlə üzləşməsinə baxmayaraq, heç nəyin dəyişməməsidir.

İki il əvvəl eyni problem vardı.
İki il sonra yenə də eyni problem qalmaqdadır.

Belə olanda, istər-istəməz düşünürsən: əgər problem həll olunmursa, bəlkə bu artıq problem yox, seçimdir?

Korrupsiya təkcə oğurlanan pullarda olmur. Çox vaxt korrupsiya qəsdən həll edilməyən problemlərdə gizlənir. Çünki həll olunmayan hər problem hansısa vəzifəlinin rahatlığını təmin edir.

Ən təhlükəli məqam isə budur ki, əlilliyi olan insanlar uzun illər ərzində öz haqlarını deyil, talelərini müzakirə etməyə öyrədiliblər. Hə, hə, öyrədilib, öyrəşiblər. Elə bil onların yaşadığı çətinliklər ictimai qərarların deyil, göydən gələn hökmün nəticəsidir.

Halbuki əlillik müəyyən mənada taledir. Ancaq əlçatanlığın olmaması taleyin işi deyil.

Onurğa zədəsi taledir, bununla belə soyuq otaqlar taleyin işi deyil.

Fiziki məhdudiyyət taledir, nə var ki ləyaqətsiz münasibət taleyin işi deyil.

Bunlar müəyyən kəsimin qəbul etdiyi və ya dəyişdirmək istəmədiyi qərarların nəticəsidir.

Pafoslu səslənməsin - ən böyük reabilitasiya isə əzələlərin deyil, şüurun reabilitasiyasıdır.

İnsan özünü yardım gözləyən obyekt kimi deyil, hüquq sahibi olan vətəndaş kimi görməyə başlayanda dəyişiklik yarana bilər. Onda soyuq dəhlizlər sadəcə soyuq dəhliz olmur. Onlar dövlətin insana verdiyi dəyərin temperaturuna çevrilir.

Və mənə elə gəlir ki, israrla qarşısı alınan da məhz budur: mürgüləyən fikirlərin buzunun açılması.

Hə, təkcə radiatorlar yox, vicdanlar və təfəkkür də təmir edilməli, yenilənməlidir.


Orxan Adıgözəl

09.06.2026

Paylaş:
Digər xəbərlər

Sosial

15-08-2024, 18:33

Çingiz Sultansoy: „Satılan və satılmayanlar...“

Sosial

15-09-2023, 18:17

"Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi davam edir

Sosial / Hadisə

18-04-2023, 15:40

Heç kimi və heç nəyi “Mossad” bağışlamır

Sosial

29-06-2022, 13:23

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sahədə hansı addımları atmalıdır?

Sosial

12-08-2021, 09:16

Ümummili liderimizin adını daşıyan prospekti zibilliyə çevirib vətəndaşları dövlətdən narazı salanlar - FOTOLAR

Sosial

15-07-2020, 17:19

Məmurlar ölkə iqtisadiyyatını necə çökdürür - GƏLİŞMƏ

Sosial

2-06-2020, 12:57

BƏZİ KARANTİN ZİDDİYƏTLƏRİ: - Çayxanada toplaşmaq olar, tədris müəssisəsində yox?!

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

28-04-2020, 13:51

MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib - SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-04-2020, 13:55

“İCRA BAŞÇISI SÜPÜRGƏÇİNİN MAAŞINI OĞURLAYIR...” – “Kadrlardan çox şey asılıdır”

Gündəm / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

21-04-2020, 12:35

3,5 milyardlıq dəstək paketində nələr var? - “Güzəştli kreditlər də sənəddə yer alıb”

Sosial

7-04-2020, 16:34

“Pul bazarı”, “qul bazarı”, koronavirus azarı... - “Bağlı” Bakıdan REPORTAJ

Sosial

9-03-2020, 12:53

Azərbaycana qanunsuz yolla tibbi maska gətirən çinli və iranlılar ifşa edilib

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə