USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Həftəsonu ölkə ərazisində aparılan polis əməliyyatları nəticəsində cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 13–14-də həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə 78 cinayət faktı qeydə alınıb, həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin edilib.
Qanun pozuntularının aşkarlanması və cinayətlərin üstünün açılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.