
Ağdam rayonunda çobanlar arasında baş verən mübahisə ağır nəticələrə səbəb olub.
İyunun 14-ü saat 23 radələrində iki nəfər kişi müxtəlif bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-in məlumatına görə, yaralılara döş qəfəsinin və sağ bazunun açıq yarası, pnevmotoraks və aşağı ətrafların sınığı diaqnozları qoyulub.
Vəziyyəti ağır qiymətləndirilən 1975-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilib.
Bildirilib ki, həkimlərin göstərdiyi reanimasiya tədbirlərinə baxmayaraq, 1979-cu il təvəllüdlü şəxsin iyunun 15-i saat 01:20-də bioloji ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.