USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
“Bu yaxınlarda 20 baş ceyranın Acınohur çölünə buraxılması təşkil edilib”.
Oxu.Az-ın məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.
O bildirib ki, artıq Acınohur çölündə ceyranların sayı 260 başı keçib:
“Ceyranların ən çox populyasiyası Şirvan Milli Parkında müşahidə olunur. Populyasiyanın digər milli parkların ərazilərinə keçməsi də nəzərdə tutulur”.
F.Əliyev əlavə edib ki, builki ov mövsümündə Dağıstan turunun ovlanması qadağan olunub:
“Bu da onun təbii populyasiyasının bərpasına səbəb olub”.