USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şuşada gördüklərim...

Sosial

17-05-2021, 08:10

Şuşada gördüklərim...Doğma Şuşamızda baş tutan “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalını diqqətlə izlədim. Ölkə başçısının, artıq qalib ölkənin Ali Baş Komandanı kimi İlham Əliyevin “döşü dolu” çıxışıyla, sonda isə Çıdır düzündə “Qarabağ Azərbaycandır” deməsiylə mənə, deyərdim ki, elə bütün AZƏRABYCANA qürur hissini bir daha yaşatmış oldu. Çox yüksək zövqlə, hər addımı ilə dünyaya sanki bir mesaj verən musiqi festivalının təşklatçısı olan Heydər Əliyev Fonduna isə xüsusi olaraq təşəkkürümü bildirirəm.

***

Çox həvəs və maraqla festivalın təkrarına da baxdım. Baxdıqca xəyallarım məni Şuşaya aparmışdı. Deməliyəm ki, yayın elə bir həftəsi yox idi ki, Şuşada olmayaq. İndiyə kimi Cıdır düzündəki yeməkxananın “döymə”sindən, “Xan qızı”nın və “Səkili” bulağın suyundan heç bir yerdə rast gəlmədim. Bəzən dörd-beş saatlıq istirahət az qala bir aya bəs edirdi. Bu günədək isə Şuşada ilk dəfə uzun müddət qaldığım günləri və sonuncu dəfə Şuşada olduğum günü heç vaxt unutmamışam. Heç unutmaram da.

Beləliklə, festivalın musiqi sədaları zamanı sanki geri çəkərək məni 1979-cu ilin avqust ayına aparmışdı. Məhz həmin ilin, həmin ayı, əgər belə demək olarsa, ardıcıl olaraq iyirmi dörd gün Şuşa “domotduxunda” rəhmətlik valideynlərimlə istirahətdə olmuşam.

“Qorabişirən” ayda Şuşanın “domotduxunda” istirahət etməyin ayrı bir ləzzəti var idi. Əsas korpusda qaldığım otaq, üzbəüz vaxtilə bəy evləri olmuş korpuslar, ətrafda pilləkənlərə əlavə bir yaraşıq verən “Şir” heykəlləri, üzü yuxarı qalxdıqca açıq havada qurulmuş konsert zalı, əsas korpusun yanında sol tərəfdə yeməkxana, bir az da irəli getsək kinoteatrın möhtəşəm görkəmi bir an içində göz önümdən keçdi. Sağ tərəfdə isə Turşsudan çəkilmiş qeyri-adiliyi ilə seçilən “Qalereya” ətrafa ayrı bir gözəllik verirdi. Bir az da qabaga getsək həmyaşıdlarımla böyürtkən yeməyə getməyim yaddaşıma elə həkk olunub ki, sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Çünki sözlə o illərdəki gözəlliyi vəsf etmək, o illərdəki insanların səmimiyyətini ifadə etmək həqiqətən mümkün deyil. Gərək zamanı geri qaytarıb yenidən yaşayasan. Bu isə mümkün deyil. Nə isə...

***

İstirahət günü doğma kəndimdən gələn acı bir xəbər atamgili çox sarsıtmışdı. Ailə dostumuz Əvəz kişinin avtoqəza nəticəsində dünyasını dəyişməsi xəbərini eşidən kimi atamgil tələm-tələsik yır-yığış edib məni də “domotdux”dakılara bərk-bərk tapşırıb kəndə qayıdası olmuşdular. Bu avqust ayının 15-idi. Hadisə isə 14-də olmuşdu. Mən isə təxminən beş gün sərbəst qalası oldum.

Beləliklə, doqquzuncu sinfi bitirən bir yeniyetmə, sərbəst qalmaqla müstəqil addım atmalıydım. Dəyərli insan sanki ölümüylə ailəsinə, istəyənlərinə vaxtsız açı yaşatmış olsa da, mənim həyatımda ilk müstəqil addım atmağıma səbəb olmuşdu. Allah dəyərli insana rəhmət eləsin.

Bəli, beş gün mənə beş il kimi gəlsə də, bu günlərin hər saatını səmərəli istifadə edib şəhəri doyunca gəzdim. İlk olaraq, bu gün “Yuxarı Gövhər ağa” məscidi deyilən möhtəşəm minarəli məscidi, o illərdə tarix- diyarşünaslıq muzeyində olmağım həyatımın bəlkədə ən maraqlı anı hesab etmək olar. Məscidin sağ tərəfində olan bazarda olmağım, üz yuxarı Cıdır düzünə getməyimi, yolun hər iki tərəfindəki bir-birinə bənzəməyən evləri, hamamı və digər görməli yerləri həmin gün yenidən gəzəsi oldum. Kinoteatrda ilk dəfə “Kleopatra” filminə baxmağımı, açıq havada olan konsert zalında bu gün tannmış gitara ifaçısının müsiqilərinə qulaq asmağı və sonda isə beş gün ərzində tapdığım dostlarla dama oynamağımı isə həyatımın dəyərli və unudulmayam məqamları hesab edirəm.



***

Sonuncu dəfə isə Şuşada 1987-ci ilin noyabrında məktəblilərin payız tətili günlərində olmuşam. Əvvəlcə Xankəndinə, ordanda Şuşaya gəlmişdim. Xankəndinin abu-havasını, açıq etiraf edim ki, belə sönük halda heç vaxt görməmişdim. Sanki ermənilər nəyəsə hazırlaşırmış. Sonralar mənə aydın oldu ki, ermənilər ciddi planları var imiş. Və məqsədləri bam-başqa imiş. Şuşaya qeydiyyat məsləsinin dayandırılması, o illərdə məktəblilərin pioner düşərgələrinə gəlişinə min bir bəhanə ilə qadağa qoyulması, tələm-tələsik Ağdamdan yan keçməklə Ağdərədən (Mardakertdən) Əsgərana asfalt yolun çəkilməsi bəlkə də bu cür çirkin niyyətlərin həyata keçirmək məqsədiylə atılmışdı. Nə isə...

***

Zaman həyatımızın ən gözəl və mükəmməl indikatorudur. Hər addımın qiymətini anındaca verir. Ermənilərin də qiymətini lazımı şəkildə verdi.

Düşünürəm ki, belə bir məqamda səhv etməməliyik. Hər kəs ölkə başçısının ətrafında sıx birləşməklə Azərbaycan deməli və məmləkətimizin inkişafına öz töhvəsini verməlidir.

***

Bəli, Ali Baş Komandanın və müzəffər ordumuzun sayəsində 29 ildən sonra ilk dəfə idi ki belə qürur hissini yaşayırdım. Festival iştirakçısı olmasamda özümü həmin vaxt sanki Şuşada hiss etmişdim.

Bu səmimi və kövrək duyğuların bizə yaşadan Ali Baş Komandana və Azərbaycanın müzəffər ordusuna eşq olsun!!!

Vüqar Tofiqli

Paylaş:
Digər xəbərlər

Sosial / Bölgə

13-05-2021, 20:46

Prezident və ailəsi Şuşada məsciddə dualar etdi

Gündəm / Sosial / Bölgə

13-05-2021, 10:38

Şuşada tikilməsi planlaşdırılan möhtəşəm məscid

Sosial

12-05-2021, 12:52

Sabah Şuşada bayram namazı qılınacaq

Gündəm / Sosial / Hadisə / Bölgə

9-05-2021, 19:13

Qələbənin 76-cı ildönümü Şuşada təntənəli tədbir keçirildi

Gündəm / Sosial

29-04-2021, 18:07

Ramazan bayramı münasibətilə 10-15 may qeyri iş günləri olacaq

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Mədəniyyət / Təhsil / Səhiyyə

3-02-2021, 02:09

“Dövlət maraqları hər şeydən üstün olmalıdır”

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

1-02-2021, 20:03

Dövlət başçısı FHN və DSX-ni tənqid etdi: “Hərə otursun yerində, öz işi ilə məşğul olsun”

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Bölgə

1-02-2021, 19:56

Prezidentdən Elman Rüstəmovun fikirlərinə sərt reaksiya: “Bu, özbaşınalıqdır!”

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial

1-02-2021, 19:53

İlham Əliyev AZAL, DGK və Azəravtoyol rəhbərliyi haqqında: “Belə ziyanlı fikirlər bu adamların beyninə gəlir”

Sosial

25-11-2020, 13:23

Ermənilər Şuşaya gedən su xəttini kəsdilər

Sosial

11-11-2020, 19:13

Azərbaycan Ağsaqqallar Şurası Prezident İlham Əliyevə təşəkkür edib

Sosial

9-10-2020, 13:01

Mətbuat Şurası bəyanat yaydı - Bu təxribatdır

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə