USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Dövlət İmtahan Mərkəzi (DİM) 24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizəsi təsdiq olunmuş 56 847 abituriyentdən 2 429 nəfəri müxtəlif səbəblərdən imtahana qatılmayıb. Onlardan 1 663 nəfər II qrup, 766 nəfər isə III qrup abituriyentləridir.
Məlumata əsasən, imtahanda iştirak edənlərdən 12 nəfər qayda pozuntusuna yol verdiyi üçün prosesdən xaric olunub və onların nəticələri ləğv edilib.
Qurum bildirir ki, abituriyentlər nəticələrlə bağlı məlumatı DİM-in rəsmi platforması vasitəsilə əldə edə bilirlər.