USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - QALMAQAL

Təhsil

20-08-2020, 12:00

Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - QALMAQALBakıxanov qəsəbəsindəki 12 saylı Bakı Peşə Liseyində (Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində) direktor Mətləb Hüseynov saytların və qəzetlərin gündəmini zəbt edib. Əbəttə, yaxşı mənada yox, yol verdiyi qanunsuzluqlar, korrupsiya əməlləri ilə az qala mətbuatın ulduzuna çevrilib. Liseydə 38 ildir işləyən, onun 24 ilini dərs-hissə müdiri olan Şəlalə Əsədova haqsızlığa, dövlət malının talan edilməsinə qarşı, sözün birbaşa mənasında direktor Mətləb Hüseynovla cəngə çıxıb. Məhz bu cəsarətli xanımın mətbuata və saytlara açıq şəkildə verdiyi məlumatlar artıq yuxarı dairələrin diqqət mərkəzindədir. Ş.Əsədova Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynovun yol verdiyi daha bir neçə qanunsuzluqlar barədə məlumat vermək məqsədilə bizimlə görüşmək istədiyini bildirdi.

Şəlalə xanımla söhbət çox maraqlı alındı və onun Mətləb Hüseynov barədə söylədiyi ittihamlar, yəqin ki, aidiyyəti qurumların diqqətini çəkəcək.

- Şəlalə xanım, Liseyin direktoru Mətləb Hüseynovun işlədiyi bir il ərzində yol vediyi ciddi qanun pozuntuları barədə qorxmadan saytlara və qəzetlərə xeyli məlumat vermisiniz. Mətləb Hüseynov barədə sizdə daha hansı məlumatlar var ki, bizimlə görüşmək istədiniz?
- Mətləb Hüseynovun qanunsuzluqlarının sayı-hesabı yoxdur. O qanunsuzluqların daha bir hissəsi kimi, 12 saylı Bakı Peşə Liseyində aparılan yoxlamanın nəticələri və kadrların yerləşdirilməsi barədədir. Maliyyə Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiya İdarəsinə göndərilmiş şikayət məktublarından sonra 12 saylı Bakı Peşə Liseyinə yoxlama göndərilməsi haqqında məlumatım var. Məlumata görə, 22.07.2020-ci il tarixində gələn yoxlama komissiyası Mətləb Hüseynovun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki fəaliyyəti dövründə yol verdiyi nöqsanları, maliyyə maxinasiyalarını, məmur özbaşınalığını araşdırdığı deyilir. Qeyd etmək istəyirəm ki, yoxlamanın obyektiv və şəffaf aparılmasına şübhələrim var. Belə ki, yoxlama komissiyasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin məsul işçilərindən biri olan üzvü, liseydə 2019-cu ildə keçirilmiş audit yoxlamasında da komissiya üzvü olmuşdur. Həmin vaxt 01.01.2017-ci ildən 01.09.2019-cu illəri əhatə edən dövr üçün keçirilmiş audit yoxlaması qərəzli, sifariş əsasında, birtərəfli və məqsədli şəkildə aparılmışdır. Qeyd etmək istəyirəm ki, 22.07.2020-ci il tarixindən başlayan yoxlama bu günə qədər də davam edir. Maraqlısı budur ki, 01.01.2017 və 01.09.2019-cu illəri əhatə edən dövr üçün keçirilmiş audit yoxlaması cəmi 10 gün müddətində yekunlaşdığı halda, Mətləb Hüseynovun 12 saylı Bakı Peşə Liseyindəki bir illik fəaliyyət dövrünün araşdırılması bir aydan çox müddətdir ki, başa çatdırıla bilmir. 2019-cu ildə keçirilmiş audit yoxlamasının qısa müddətdə başa çatmasının əsas səbəbi araşdırmaların, Mətləb Hüseynov tərəfindən əvvəlcədən təqdim edilmiş və həqiqətləri əks etdirməyən arayışı əsasında aparılması olmuşdur.

- Bəs indiki yoxlamanın belə uzanmasının səbəbi nədir?
- Hal-hazırda davam edən yoxlama müddətinin bu qədər uzanmasının iki səbəbi ola bilər. Birincisi, yəqin ki, Mətləb Hüseynovun Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki bir illik fəaliyyəti dövründə yol verdiyi qanun pozuntularının sayının çox olmasıdır. İkincisi isə, Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin bəzi məsul işçilərinin maraqları ilə Mətləb Hüseynovun maraqlarının üst-üstə düşməsidir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə daxil olan 12 saylı Bakı Peşə Liseyi və 17 saylı Bakı Peşə Liseyində aparılması mütləq və zəruri olan audit yoxlaması Mətləb Hüseynovun korrupsiya xarakterli daha ciddi nöqsanlara yol verdiyini üzə çıxara bilər. Mətləb Hüseynovun daha əvvəl rəhbərlik etdiyi 9 saylı Bakı Peşə Liseyindəki fəaliyyəti də araşdırılsa, onun öz işini yalnız şəxsi maraqları üzərində quran bir rəhbər olduğunu təsdiqləmiş olar.

- Yeri gəlmişkən, artıq məlum olduğu kimi, M.Hüseynov əvvəl işlədiyi 9 saylı peşə liseyindən gətirdikləri kadrları, indi, deyəsən, bu liseyə yerləşdirir...
- Bu barədə nə qədər desən, danışmaq olar. Ətrafına yığdığı “komandası”nın da iştirakı ilə əyri yollarla sərvətlərə yiyələnməkdə Mətləb Hüseynovun ən yaxın köməkçiləri də elə həmin “komanda”nın üzvləridir. 12 saylı Bakı Peşə Liseyindəki rəhbərliyi dövründə onun yol verdiyi nöqsanlar və maliyyə maxinasiyaları təkcə özünün səhlənkarlığı və səriştəsizliyindən deyil, həm də öz səviyyəsində olan kadrlardan ibarət “komanda”sının”peşəkarlığı”ndan baş vermişdir. 9 saylı Bakı Peşə Liseyindəki qohumlarından və şəxsi maraqları əsasında işə qəbul etdiyi işçilərdən ibarət komandasını 12 və 17 saylı Bakı Peşə Liseyində yerləşdirmək üçün o, müxtəlif üsullara əl atmış, köhnə, peşəkar kadrları işdən uzaqlaşdırmaq üçün insanlığa və rəhbərə yaraşmayan bütün vasitələrdən istifadə etmişdir.
Bununla da qısa müddətdə, 9 sayl liseydə yol verdiyi qanunsuzluqlarda əsas məsləkdaşları olmuş Əfsanə Babayevanı (qohumudur) kadrlar üzrə mütəxəssis, Aynaxanım Babayevanı baş mühasib təyin edib. Onun bacısı Könül Həsənova Elektron Hesablama Maşınları (EHM) üzrə operator vəzifəsinə qəbul edilsə də, baş mühasibatlıqda, bacısının yanında oturur və nə işlə məşğul olduğu məlum deyil. Daha sonra, Naib Ağayevi, İradə İsmayılovanı (Naib Ağayevin qohumudur), 12№-li Bakı Peşə Liseyində böyük usta kimi işə götürüb. 9 saylı liseyin dərs hissə müdiri olmuş Xalid Səfərovu isə məni işdən çıxara bilsə, yerimə təyin edəcək... Həşim Ağalarovu fiziki-tərbiyə rəhbəri, Məhəmməd adlı şəxsi isə 17 saylı Bakı Peşə Liseyinə baş mühasib kim yerləşdirib. Adları qeyd olunan kadrlardan böyük ustalar Naib Ağayev və onun qohumu İradə İsmayılova əvvəllər Daxili Qoşunlarda fəaliyyət göstərmiş, hal-hazırda istefada olan və peşə təhsilindən xəbərsiz işçilərdir. Peşə təhsili haqqında hüquqi-normativ sənədlərdə isə, böyük usta vəzifəsində fəaliyyət göstərən şəxsin təhsil müəssisəsinin profilinə uyğun yüksək ixtisasa və təcrübəyə malik, peşə təhsili sitemində ən az 3 il pedoqoji stajı olan Ali və ya orta ixtisas təhsilli biri olması qeyd olunmuşdur. Təlimatda həmçinin böyük ustanın öz işini bilavasitə tədris-istehsalat işləri üzrə direktor müavininin rəhbərliyi altında həyata keçirməli olduğu qeyd edildiyi halda, adları göstərilmiş böyük ustalar fəaliyyətlərini yalnız direktorun şəxsi göstərişləri əsasında həyata keçirirlər. Mərkəz üzrə fiziki tərbiyə rəhbəri təyin olunmuş Həşim Ağalarov, Mətləb Hüseynov tərəfindən ehtiyac olmadığı halda, 17 saylı Bakı Peşə Liseyinə işə qəbul etmiş, hal-hazırda isə mərkəz üzrə fiziki tərbiyə rəhbəri kimi fəaliyyətini davam etdirir. Digər təyinatlarda olduğu kimi, bu təyinat zamanı da, uzun müddət fəaliyyət göstərmiş, yüksək göstəriciləri olan kadrların fəaliyyəti düzgün qiymətləndirilməmişdir. Baş mühasib kimi fəaliyyət göstərən və Mətləb Hüseynovun yaxın qohumu olan Məhəmməd adlı şəxs mühasibat və sənədləşmə işlərindən ümumiyyətlə, xəbərsizdir. Onun işə yararsız bir işçi kimi fəaliyyətinin nəticəsində sənədləşmə və bank əməliyyatları zamanı yol verilmiş nöqsanlar, artıq ödəmələr və pul köçürmələri Mətləb Hüseynovun özünə dəfələrlə problemlər yaratmışdır. Dərs hissə müdiri təyin olunan Xalid Səfərovun “peşəkarlığı” haqqında danışmaq üçün onun 9 saylı Bakı Peşə Liseyində fəaliyyət göstərdiyi vaxt 2018-/2019-cu tədris ili üçün tərtib etdiyi dərs bölgüsü cədvəlinə baxmaq kifayətdir. Bütün maliyyə pozuntularında birbaşa iştirak edən Aynaxanım Babayeva həm 9 saylı Bakı Peşə Liseyində, həm də 12 saylı Bakı Peşə Liseyində külli miqdarda dövlət əmlakının qeyri-qanuni olaraq mənimsənilməsində, silinmə və pul köçürmələri əməliyyatlarında, işçilərin əmək haqlarının ödənilməsində və dərs bölgüsündə, tələbələrin təqaüd kartlarından istifadə etməkdə, təhsil müəssisəsinin binalarının, tikililərinin, tədris emalatxanalarının “birgə istehsal” adı altında icarəyə verilməsini sənədləşdirməkdə Mətləb Hüseynova yaxından kömək edir. Yəqin ki, bu cür maraqların üst-üstə düşməyi ilə əlaqədar olaraq, mərkəz üzrə baş mühasib vəzifəsinə, uzun illərdir bu vəzifədə fəaliyyət göstərən Ali təhsilli kadrlar olan 1 və 17 saylı Bakı Peşə Liseyinin baş mühasibləri yox, məhz orta-ixtisas təhsilli Aynaxanım Babayeva təyin edilmişdir. Kadrlar üzrə mütəxəssis vəzifəsində fəaliyyət göstərən, Mətləb Hüseynovun etibar etdiyi yaxın qohumu Əfsanə Babayeva da vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilmir. Buna baxmayaq mərkəzə daxil olan digər təhsil müəssisələrində həmin vəzifə üzrə fəaliyyət göstərən peşəkar kadrlar işdən uzaqlaşdırılaraq mərkəzin kadrlar üzrə mütəxəssis vəzifəsinə Əfsanə Babayeva təyin edilmişdir.

- Bəs bu qədər qanusuzluğa imza atan M. Hüseynovu himayə edən kimdir?
- Peşə təhsilinə bu cür “yüksək” səviyyədə “öz töhfəsini” vermiş Mətləb Hüseynov yəqin kimlərinsə marağını təmin edir. Ancaq bildiyim odur ki, əvvəlki təhsil naziri Ceyhun Bayramovla bir rayondan-Gədəbəydən olması, Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdirinin müavini, əslən gədəbəyli Eldəniz Rüstəmovun onu müdafiə etməsi M.Hüseynovun geniş əl-qol açmasına səbəb olmuşdur M.Hüseynov bu qədər “zəngin reputasiya” ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor təyin edilməsi nə dərəcədə düzgündür? Aidiyyəti icra orqanları M.Hüseynovun hansı şirin vədlərinə inanaraq ona 12 saylı Bakı Peşə Liseyi kimi qocaman təhsil ocağını etibar etmişlər? Bu gün mərkəz üzrə yüksək vəzifələrə təyin olunan kadrların 90%-i Mətləb Hüseynovun öz baxış prizmasından keçən, şəxsi maraq meyarlarına cavab verən şəxslərdir.

- Sonuncu sual: Mətləb Hüseynov sizin kimi peşəkar kadrı niyə işdən çıxarmaq istəyir?
- 38 illik iş təcrübəm, təkcə bir peşə təhsili müəssisəsində 24 il dərs hissə müdiri vəzifəsində çalışmağım, hal-hazırda tətbiq olunan tədris planlarının və kurikulumlarının hazırlanmasında bilavasitə iştirak etməyim, təhsil sahəsində əldə etdiyim bilik və bacarıqlara görə akreditasiya yoxlamalarında iştirak etməyə layiq görülməyim onu narahat edir, gözü götürmür. Və təhsil qanunlarını, normativ sənədləri və təlimatları, ən əsası da pedoqoji ustalığı və rəhbərliyin sirlərini bilməyim Mətləb Hüseynov tərəfindən qıcıq və paxıllıqla qəbul edilmişdir. Əlinə düşən hər imkandan istifadə etməklə, özünə xas olan yollarla məni liseydən uzaqlaşdırmağa çalışması, mərkəzdə mənə laborant vəzifəsi təklif etməsi, alternativ olaraq mərkəzdə kimya fənni üzrə 3 müəllimin və hər birinin ən az 720 saat dərs yükünün olmasının zərurətini bilə-bilə, mənə müəllim vəzifəsini təklif etməsi, onun təhsil sahəsində təsadüfi şəxs olmasını bir daha təsdiqləyir. Məlumat üçün qeyd edirəm ki, 2019/-2020-ci tədris ilində bu 3 müəllimdən yalnız birinə digər ikisindən çox, 600 saata yaxın dərs saatı verilməsi mümkün olmuşdur.
Yuxarıda qeyd olunan və digər ciddi qanun pozuntuları barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin məsul işçisi və Mətləb Hüseynovun qohumu Eldəniz Rüstəmova, həmçinin agentliyin direktoru Pərviz Yusifova 03.03.2020, 14.07.2020-ci il tarixlərində yazılı və şifahi müraciət etsəm də, hər iki şəxs məsələyə biganə yanaşmış, lazımi tədbir görülməmişdir. Bu müraciətimi mətbuat vasitəsi ilə işıqlandırmağımın əsas səbəbkarları Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Təhsil Nazirliyinin məsul şəxsləridir. Təhsil sahəsində baş verən bu özbaşınalığı onlara dəfələrlə kabinetlərində çatdırmaq istəsəm də, məni qəbul edib dinləmədikləri üçün məsələni mətbuat səviyyəsində işıqlandırmaq məcburiyyətində qaldım. //mozalan.az//

Paylaş:
Digər xəbərlər

Təhsil

5-08-2020, 09:58

Bu təhsil ocağında rəsmən özbaşınalıqdır... - "Tədbir görülsün..."

Gündəm

24-07-2020, 13:16

“Cavan qıza bel bağladım,150 min pulum getdi” - İDDİA

Təhsil

16-06-2020, 17:21

Bakıda “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı açıqlandı

Təhsil

3-06-2020, 13:16

Təhsil Nazirliyi abituriyentlər üçün yeni veriliş hazırlayır

Siyasət

22-05-2020, 12:40

"Eldar Mahmudovun cinayətkar maraqlarına xidmət edib" - Rüstəm Usubova AĞIR İTTİHAM

Bölgə

17-03-2020, 11:51

Qazaxdakı bu təhsil ocağında nələr baş verir? - Müraciət...

Siyasət

14-03-2020, 12:38

Bələdiyyə və özəl peşə təhsili müəssisələrinin müəllimləri attestasiyadan keçiriləcək

Siyasət

14-03-2020, 11:40

Dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad olunur

Siyasət

14-03-2020, 11:21

Orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək

Son xəbərlər
  • Bugün, 15:10
    Azərbaycan Xalq Parlamenti (AzXP) 10 May tarixini “Tərtər qurmanlarının anım günü” elan etdi
  • Bugün, 15:00
    Qaradağda 15 yaşlı qıza toy etdilər
  • Bugün, 14:57
    Şahbaz Şərif Pakistan xalqını təbrik edib
  • Bugün, 14:49
    Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlanıb
  • Bugün, 14:44
    Jurnalist Ülviyyə Əlinin səhhəti həbsdə pisləşib
  • Dün, 23:03
    Azərbaycanda Gül Bayramına son qoyuldu – bir etirazın izi ilə
  • Dün, 22:52
    Azərbaycan Xalq Parlamentinin gündəliyində “Tərtər qətliamı” müzakirə olunur
  • Dün, 18:27
    Doktor Adil Qeybulla Tofiq Yaqublunun səhhətiylə bağlı SOS siqnalı çalır.
  • Dün, 18:22
    Jurnalist Ülviyyə Əlinin saxlanılarkən zorakılığa məruz qaldığı bildirilir. Dəfələrlə qusub
  • Dün, 18:19
    Hindistan kəsdiyi suyu Pakistan ərazisinə buraxmağa məcbur oldu
  • Dün, 18:02
    Xanım məktəb direktorunun şok səsyazısı yayıldı - Araşdırma başladı
  • Dün, 17:59
    Atanı çıxarıb, oğulu təyin etdilər – Azərbaycansayağı kadr siyasəti
  • Dün, 17:24
    Tofiq Yaqublu ölüm aclığını dayandırdı
  • Dün, 15:53
    Hindistan-Pakistan arasında gərginlik artır: İshaq Dar sülhə çağırır
  • Dün, 14:18
    Təcili: Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb
  • Dün, 14:12
    Tofiq Yaqublu ilə bağlı Milli Şura bəyanat yayıb
  • Dün, 14:09
    Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür
  • Dün, 14:05
    Bakıda məhşur Şəki restoranı sökülür
  • Dün, 12:57
    Hakan Fidan sui-qəsdə məruz qalıb, zəhərlənib
  • Dün, 12:53
    Putin İlham Əliyevi öldürmək istəyir?
  • Dün, 12:51
    ABŞ Apellyasiya Məhkəməsi “Azadlıq Radiosu”nun vəsaitini bərpa edib
  • Dün, 12:46
    “İşçi Masası” üzvü Elvin Mustafayev həbsdə aclıq aksiyasına başlayıb
  • Dün, 12:44
    “Tofiq Yaqublu dərhal mülki xəstəxanaya köçürülməlidir” – Arif Hacılıdan çağırış
  • 9-05-2025, 21:53
    “Putin və NATO: Yeni Soyuq Müharibənin Səhnəsi”
  • 9-05-2025, 21:15
    Aİ Ukraynaya əlavə 1,9 milyard avro verəcək
  • 9-05-2025, 21:14
    Ağdaşda bitum daşıyan yük maşını aşıb
  • 9-05-2025, 21:13
    Masallıda ağır yol nəqliyyat hadisəsi baş verib. Ölənlər var
  • 9-05-2025, 21:01
    Həbsdə olan hüquq müdafiəçisi Bəşir Süleymanlının şikayətləndiyi məsələ həllini tapıb
  • 9-05-2025, 15:27
    Çin liderinin Paşinyanı salamlamaması diplomatik suallar doğurdu
  • 9-05-2025, 15:22
    Bir günlük nazir
  • 9-05-2025, 14:49
    Azərbaycan hansı sahələrdə artıq dünyanın bir çox ölkələrini üstələyib?
  • 9-05-2025, 12:51
    Azərbaycan xüsusi təyinatliları Paradda iştirak edib
  • 8-05-2025, 23:54
    Aİ ABŞ-a qarşı tarif zərbəsi hazırlayır
  • 8-05-2025, 23:39
    Şəkidə silsilə oğurluqlar edən şəxslər saxlanılıb
  • 8-05-2025, 22:41
    Amerikalı kardinal Roma Papası seçildi - Robert Frensis Prevo
Daha çox
Çox oxunanlar
6-05-2025, 10:57
Putin Hindistana səfər edəcək
6-05-2025, 16:08
Naxçıvanda ər arvadını bıçaqlayıb
6-05-2025, 11:02
BMT-nin Əhali Fondu Azərbaycandakı fəaliyyətini dayandırıb
4-05-2025, 20:08
1919 və 1993-cü illərin əskinazları
4-05-2025, 19:57
Xaçmazda 73 yaşlı kişi intihar edib
6-05-2025, 22:05
Fridrix Merz Almaniyanın yeni kansleri seçildi
Müsahibə
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
10-10-2024, 19:37
"Heç kim bizə heç nə edə bilməz!"
6-10-2024, 19:14
Aclıq edən vicdan məhbusu Famil Xəlilov həbsxana rəhbəri tərəfindən “mükafatlandırılıb”
4-10-2024, 23:43
Fransa mətbuatında Qənimət Zahid, qətlə yetirilən Vidadi İsgəndərli barədə məqalə dərc edib
Araşdırma
Bugün, 15:10
Azərbaycan Xalq Parlamenti (AzXP) 10 May tarixini “Tərtər qurmanlarının anım günü” elan etdi
Bugün, 14:44
Jurnalist Ülviyyə Əlinin səhhəti həbsdə pisləşib
Dün, 23:03
Azərbaycanda Gül Bayramına son qoyuldu – bir etirazın izi ilə
Dün, 22:52
Azərbaycan Xalq Parlamentinin gündəliyində “Tərtər qətliamı” müzakirə olunur
Dün, 18:27
Doktor Adil Qeybulla Tofiq Yaqublunun səhhətiylə bağlı SOS siqnalı çalır.
Dün, 18:22
Jurnalist Ülviyyə Əlinin saxlanılarkən zorakılığa məruz qaldığı bildirilir. Dəfələrlə qusub
Sosial
Azərbaycan Xalq Parlamenti (AzXP) 10 May tarixini “Tərtər qurmanlarının anım günü” elan etdi
Qaradağda 15 yaşlı qıza toy etdilər
Azərbaycanda Gül Bayramına son qoyuldu – bir etirazın izi ilə
Azərbaycan Xalq Parlamentinin gündəliyində “Tərtər qətliamı” müzakirə olunur
Doktor Adil Qeybulla Tofiq Yaqublunun səhhətiylə bağlı SOS siqnalı çalır.
Jurnalist Ülviyyə Əlinin saxlanılarkən zorakılığa məruz qaldığı bildirilir. Dəfələrlə qusub

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə