Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar zabitlərindən biri, Xaçmaz rayonunun Qoçaqlı kəndindən olan Polkovnik-leytenant Mais Eyvaz oğlu Qocayev 27 fevral 1983-cü ildə anadan olub.
Orta təhsilini Bakı şəhəri Nərimanov rayonu 193 saylı orta məktəbdə alan Mais Qocayev daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq pilot ixtisasına yiyələnib. O, artıq 24 ildir ki, Azərbaycan Ordusunun sıralarında xidmət edir.
Qarabağ Vətən müharibəsinin iştirakçısı olan polkovnik-leytenant Qocayev, göstərdiyi xidmətlərə görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni (III dərəcə), həmçinin Cəbrayılın və Füzulinin azad olunmasına görə medalları və bir sıra digər fəxri fərmanlarla təltif edilib.
Hazırda Hərbi Hava Qüvvələrində pilot kimi fəaliyyətini davam etdirən Mais Qocayev ailəlidir, iki övladı var.
O, həm bir peşəkar zabit, həm də doğma elinin və xalqının qürur mənbəyidir.