USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

«250 ton üzüm əldə qalıb, sata bilmirik – BÖYÜK ZƏRƏRDƏYİK» - Fermerlər çətin durumda...

Bölgə

4-05-2020, 12:00

«250 ton üzüm əldə qalıb, sata bilmirik – BÖYÜK ZƏRƏRDƏYİK» - Fermerlər çətin durumda...Koronavirus və karantin tədbirləri iqtisadiyyatın tamamilə gözlənilməz sahələrinə ağır zərbələr vurub. Bunlardan biri də kənd təsərrüfatı məhsullarının - daha dəqiqi üzüm satışıdır.

FED.az xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kənd sakinləri olan fermerlər qış üçün saxladıqları və mart-apreldə satmağı planlaşdırdıqları yüzlərlə ton üzümü sata bilməyiblər. Kəndin 15 nəfərə yaxın sakininin şəxsi əkin sahələrində becərib topladığı üzüm soyuducu anbarlarda qalıb.

Fermer Firuz Məmmədov FED.az-a bildirib ki, iş adamları hər il olduğu kimi, bu il də payızdakı üzümün bir hissəsini qışda və Novruz bayramında satmaq üçün anbarlara vurub, ya da başqa üsullarla saxlayıblar. Adətən həmin məhsulların satışı mart-aprel ayında başa çatırdı. Amma bu il koronavirus xəstəliyi bütün planları pozub: «Məhsulu anbarlarda saxlayırdıq ki, mövsüm vaxtı satıb gəlir götürə bilək. Əldə olunan nağd vəsait növbəti ildə bağları hazırlamaq üçün əkin xərclərinə sərf olunurdu. Amma bu il Novruz bayramı ərəfəsində satış başlayana yaxın karantin rejimi elan olundu. Yollar bağlandı, gediş-gəliş olmadığı üçün satışlar da olmadı».
«Meyvəli»yə göndərdik satılmadı»

Fermerin sözlərinə görə, ümumilikdə kənddə fermerlərin əlində 200-250 tona yaxın üzüm qalı: «Şəxsi soyuducu anbarımda 30 tona yaxın məhsul var. Bunun 17 tonu mənimdir, məndən başqa bir sahibkarın da məhsulu anbardadır. Artıq üç gündür ki, Meyvəli bazarına 142 kaset məhsul göndərmişik. Məhsulu aparan sahibkar kilosunu 60-70 qəpiyə satıb kəndə qayıtmağa çalışa da, satış yoxdur».

50 min zərəri olan fermer var

Firuz Məmmədov deyir ki, məhsulun maya dəyərin hesablayanda ona dəyən zərər 18 min manat civarındadır: «Əkin, dərmanlanma, suvarılma, məhsulu yığmaq haqqı, elektrik xərci, kükürdü, məhsulun saxlanması üçün alınan kasetləri hesablayanda üzümün maya dəyəri 1,10 - 1,20 manat arası dəyişir. Adətən Novruz bayramı və Yeni il ərəfəsində məhsulu 1,40-1,50 qəpikdən sata bilirdik. Bu müddətdə məhsulun yalnız 10%-i itkiyə gedirdi. İndi 17 ton məhsulun maya dəyərini 1,10 qəpikdən hesablayanda mənə dəyən minimum zərər 17-18 min manat civarındadır. Kənddə ümumilikdə 3 min, 15 min, 50 min manat zərər görən sakinlər var».

Saxlamaq hər kilosu 20 qəpiyə başa gəlir

Fermer deyir ki, anbar onun olsa da, soyuducunun elektrik xərci, məhsulun xarab olmaması üçün yandırılan kükürd, işçi pulunu hesablayanda gündəlik xərc yaranır: «1 kaset üzümün soyuducu saxlanma haqqı 2 manatdır. 1 kasetdə təxminən 10 kilo üzüm olur. Sahibkarın 10 yeşik üzümü soyuducuda saxlamaq qalması üçün aylıq 20 manat ödəməlidir. Anbar sahiblərinin 90%-i pulunu əvvəlcədən aldığı üçün indi sahibkara güzəşt etmək barədə danışan yoxdur. Gözlənilir ki, bundan sonra anbar sahibləri nisyəsi olan sahibkarlara güzəşt etsin».

Fermer deyir ki, soyuducuda saxlanılan məhsulların 99%-i yerli bazarda satılır: «Bəzi iş adamları məhsul bağda olarkən alıb Rusiya bazarına ixrac edirdi, indi onlar da yoxdur».

«Bütün qurumları müraciət etmişik, hələlik kömək yoxdur»

Firuz Məmmədov onu da deyir ki, problemi aidiyyəti qurumlara çatdırmaq üçün atmadıqları addım qalmayıb: «Kənd sakinləri yığılıb vəziyyəti xarakterizə edən məktub yazıb Prezident Aparatına, Kənd Təsərrüfatı, İqtisadiyyat, Vergilər nazirliklərinə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-yə, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə göndərdik. Kənd Təsərrüfatı Nazirliyi regional şöbəsindən vəziyyətlə maraqlandılar. Onlar da gəlib baş anbarlara baş çəkdilər, gözləməyi məsləhət görüb getdilər. Hələlik heç bir köməklik yoxdur».

Spirt, ya da kişmiş kimi satmaq istəyirlər

F. Məmmədov deyir ki, üzümün satılmadığını görüb, ondan başqa məhsul istehsal edilməsini təklif ediblər. Məsələn, «Aqrar Tədarük və Təchizat» ASC-yə təklif edilib ki, üzüm spirt istehsalına yönəldilsin: «Lisenziya versinlər spirt çəkək, satışını da özləri etsin. Amma lisenziya verilmədi. Dedilər ki, bu problemli işdir, siz bunu edə bilmərsiz, istehsal olunan məhlul keyfiyyətsiz olacaq, buna nəzarət etmək üçün gərək ayrıca bir qurum yaradılsın və sair. Bu zaman onlara təklif etdim ki, bu işlə məşğul olan zavodlarla danışsınlar biz məhsulu onlara verək onlar özləri spirt çəksinlər. Amma bunun də nəticəsi olmadı. Bəzi yerli şirkətlər maraqlandı, amma onlar maliyyə vəsaitlərinin olmadığın deyib, dövlətdən kredit istədilər. Onlar məhsulu bizdən yox, dövlətdən almaq istəyirdi ki, krediti də hissə-hissə qaytarsınlar».

Fermer üzümü kişmiş kimi satmaq üçün Tovuzda meyvəqurutma anbarına da müraciət edib: «Məhsulu kişmiş istehsalına yönəltmək üçün meyvəqurutma anbarının səlahiyyətliləri ilə görüşdüm. Ancaq onlar tumsuz üzüm istədilər. Bizim istehsal etdiyimiz üzümlərin hamısı tumlu süfrə üzümüdür və kişmişə yaramır. İlk idarə idi ki, fərdi şəxslərə kömək etməyə çalışırdı».

F. Məmmədov deyir ki, dövlət qurumları fiziki şəxslərin məhsulunu alıb marketlərdə satışını təşkil edə bilər: «Vəziyyətdən çıxış yolu tapmaq üçün bir neçə marketlər şəbəkəsi ilə də danışdım. Sanki onlar da adamı ələ salırlar, deyirlər ki, gündəlik 10 kilo üzüm gətirsəniz götürə bilərik. Bu da o deməkdir ki, bizdən əl çəkin. 250 ton üzümü 10 kilo ilə neçə ilə satmaq olar?!».

«Vergi ödəməmişik deyə, bizə yardım düşmür»

F.Məmmədov böhrana görə dövlətin iş adamlarına ayırdığı yardıma da ümid etmir. Çünki kənd təsərrüfatı ilə bağlı açılan VÖEN-lərin heç birində vergi ödənişi olmayıb: «Dövlət dəstəyi ancaq vergi ödənişləri edən sahibkarlara olundu. Əgər dəstək olunsa belə, orada maksimum 250 manat kömək olunacaq. Bununla da yara sağalmır».

Kreditimiz var, qazanc lazım deyil, dəyər-dəyməzinə satırıq

Müsahibin sözlərinə görə, üzümçülüklə məşğul olan kənd sakinlərinin hamısının kredit borcu var: «Baxmayaraq ki, məhsulumuz var, sata bilmirik. Demək olar ki, 90% müflisliyə doğru gedirik. Dost-tanışdan aldığım borc və biznes krediti sayəsində bağı becərməyə çalışıram. Bankdan 10 min manat biznes krediti götürmüşəm. İndiyə qədər ödənişləri vaxtında etmişəm. Amma belə getsə, gələcək aylarda çətinlik gözlənilir».

«Hazırda biz nə qazancı, nə də maya dəyərini düşünürük. Heç olmasa 50-60 qəpikdən pulunu versələr biz də növbəti sezon üçün üzüm bağlarının əkin işlərinə başlayardıq. Dövlət heç olmasa vəziyyəti görsün, bizə hansısa formada köməklik etsin. Məhsulun xarab olmasındansa, bir proqram yaratsınlar kasıb ailələrə 3-5 kilo üzüm versinlər, sonra da nə vaxtsa pulunu qaytararlar».

Nazirlik: «Araşdırmışıq, bu məhsulu almaq istəyən yoxdur»

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov FED.az-a bildirib ki, vətəndaş Firuz Məmmədova tərəfindən üzüm satışının təşkili ilə bağlı “Aqrar Tədarük və Təchizat” ASC-yə müraciət edilib: “Cəmiyyət tərəfindən araşdırılma aparılıb və hazırda tələbat olmadığına görə, bu məhsulun tədarükü uyğun sayılmayıb. Aprel ayında üzümə tələbat azdır və bu səbəbdən hər hansı bir vətəndaşın anbarda saxladığı məhsulun satışına heç kəs cavabdeh deyil. Bunun tədarükü ilə bağlı məcburi bir vəziyyət yoxdur. Vətəndaş Firuz Məmmədovun nəzərinə çatdırırıq ki, xüsusi karantin rejimi dövründə fermerlərin öz məhsulunu paytaxtda, eləcə də digər şəhərlərə çıxarıb bazarlarda satması üçün heç bir əngəl yoxdur. Bunun üçün Tovuz rayonu İcra Hakimiyyətindən müvafiq arayış ala bilər. Bir sürücü və vətəndaş özü olmaqla orta və iri tonnajlı maşınlarla məhsulunu istənilən şəhərin və ya rayonun bazarlarına çıxarıb sata bilər”.

Vüqar Hüseynov onu da əlavə edib ki, dövlət kiminsə özü üçün əkdiyi, yaxud kimdənsə ucuz qiymətə alıb baha satıb qazanmaq istədiyi məhsulu almağa borclu deyil: «Dövlətin belə bir öhdəliyi yoxdur. Vətəndaşın payızda, yaxud yazda yetişdirib anbarda saxladığı üzümün satılmasına cavabdeh elə həmin vətəndaşın özüdür. Karantin rejimi tətbiq olunandan və xüsusilə də əhali arasında yerdəyişmənin zəruri olaraq məhdudlaşdırdığı 18 mart tarixindən bəri Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarında göstərilir ki, kənd təsərrüfatı məhsullarının satılması üçün heç bir məhdudiyyət yoxdur».

Paylaş:
Digər xəbərlər

Bölgə

1-05-2020, 14:51

Bələdiyyə sədri ilə sakinlər arasında qarşıdurma: - Sədr rüşvət almadığını iddia edir...

Araşdırma

16-04-2020, 16:46

Bazarda köhnə ərzaq İDDİASI: - “Tarixini dəyişib yenidən satırlar”

Bölgə

15-04-2020, 14:11

Neftçaladan Sahil Babayevə ETİRAZ... - Fevralda sosial müavinətlərinin vaxtı bitən ailələr acdır

Bölgə

4-04-2020, 10:35

Tovuzda 47 yaşlı kişi zəhərləndi

Bölgə

2-04-2020, 17:00

İnam Kərimovdan fermerlərə "BÖYÜK QAYĞI"... - Nazirlik gübrələri ikiqatına satır

Bölgə

2-04-2020, 16:00

Kənd Təsərrüfatı Nazirliyini peşəkarlar idarə etmir... - Belə davam edərsə...

Gündəm

12-03-2020, 18:50

“Rayonları gəzib Hüseynqulu Bağırovun üzüm bağları üçün peyin toplayırdıq...” - "EKOLOJİ TƏMİZ” KORRUPSİYA, BAŞ MÜHASİB DANIŞIR

Video

7-03-2020, 18:10

Mart ayı üzrə pensiyaların ödənişinə başlanılıb

Sosial

4-03-2020, 11:46

İnam Kərimov bunun qarşısını almasa... - GİLEY

Son xəbərlər
  • 21-08-2026, 10:42
    Cavid Kərimov AAYDA-da rəhbər vəzifəyə təyin edildi
  • 19-08-2026, 23:58
    Ərdoğan hakimiyyətini sərt tənqid edən ilahiyyatçı Alparslan Kuytul saxlanıldı
  • 19-08-2026, 23:55
    Dünyanın ən çox əhalisi olan 10 ölkəsi – SİYAHI
  • 19-08-2026, 14:37
    Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
  • 19-08-2026, 14:29
    NATO-dan İrana sərt xəbərdarlıq: “İstənilən təhlükəyə qarşı mübarizəyə hazırıq”
  • 19-08-2026, 14:27
    Gürcü deputat: “Bizə deyirlər ki, Aİ və NATO istəyirsinizsə, Abxaziya və Sxinvalini unudun”
  • 19-08-2026, 14:23
    Vergi idarəsinin rəis müavini həbs edildi – Külli miqdarda rüşvətdə ittiham olunur
  • 18-08-2026, 15:39
    TƏBİB-də yeni kadr dəyişiklikləri: İki rəhbər vəzifədən azad edildi
  • 18-08-2026, 15:36
    Azərbaycan üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi – Ağır ittihamlar irəli sürülüb
  • 18-08-2026, 15:34
    Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı: Bakı Moskvaya qəti etirazını bildirdi
  • 15-08-2026, 21:01
    Tramp Kim Çen Inla fotosunu paylaşdı: “Dostca görünməsək də, münasibətlərimiz əladır”
  • 15-08-2026, 20:59
    Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyi sözü yerinə yetirməsini gözləyirik”
  • 15-08-2026, 20:58
    Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək – Narıncı xəbərdarlıq verildi
  • 15-08-2026, 20:56
    Anasının evinə qonaq gəlmişdi: Əncir dərərkən ağacdan yıxılıb öldü
  • 15-08-2026, 20:54
    Türkiyədə ağır cinayətlərdə axtarılan şəxs Bakıda saxlanıldı
  • 15-08-2026, 20:52
    Divarı sökərkən milyonluq xəzinə tapdılar: qızıl külçələr və yüzlərlə sikkə
  • 15-08-2026, 20:51
    Qubada 4,9 maqnitudalı zəlzələ baş verib – FHN açıqlama yaydı
  • 15-08-2026, 20:49
    “Sea Breeze”də faciə: hovuzun su nasosunda sıxılan 3 yaşlı uşaq həyatını itirib
  • 13-08-2026, 12:10
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • 13-08-2026, 01:15
    Jurnalist Kamran Nəsirlinin sosial şəbəkə hesabları və saytı kiberhücuma məruz qalıb
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
Daha çox
Çox oxunanlar
18-08-2026, 15:39
TƏBİB-də yeni kadr dəyişiklikləri: İki rəhbər vəzifədən azad edildi
19-08-2026, 14:23
Vergi idarəsinin rəis müavini həbs edildi – Külli miqdarda rüşvətdə ittiham olunur
18-08-2026, 15:36
Azərbaycan üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi – Ağır ittihamlar irəli sürülüb
18-08-2026, 15:34
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı: Bakı Moskvaya qəti etirazını bildirdi
19-08-2026, 14:27
Gürcü deputat: “Bizə deyirlər ki, Aİ və NATO istəyirsinizsə, Abxaziya və Sxinvalini unudun”
19-08-2026, 14:29
NATO-dan İrana sərt xəbərdarlıq: “İstənilən təhlükəyə qarşı mübarizəyə hazırıq”
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə