USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
19 yaşlı hərbi çağırışçı Senik Arturoviç Saakyan əsgər yoldaşı tərəfindən güllələnib.
Ermənistan mətbuatı yazır ki, Müdafiə Nazirliyinin cənub-şərq istiqamətində yerləşən N-ci hərbi hissəsində ağır güllə yarası alan Saakyan qospitala yerləşdirilib.
Hadisə dekabrın 8-də saat 23:50 radələrində baş verib. İlkin məlumatlara görə, Saakyanı həmkarı güllələyib.
Əsgərin vəziyyəti son dərəcə ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.