USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Tramp və Putin Ukrayna prezidentini təslimçi sülhə məcbur etmək istəyir

Dünya

29-11-2025, 20:50

Tramp və Putin Ukrayna prezidentini təslimçi sülhə məcbur etmək istəyir

Ukraynada korrupsiya qalmaqalı genişlənməkdə davam edir. Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun əməkdaşları noyabrın 28-də səhər saatlarında hökumət kvartalına gələrək Prezident Ofisinin rəhbəri, ölkənin faktiki ikinci şəxsi sayılan Andrey Yermakın mənzilində axtarış aparıblar. A.Yermak evində prosessual tədbirlərin keçirildiyini təsdiqləyib və müstəntiqlərə əməkdaşlıq etdiyini bildirib. Axtarışın hansı cinayət işi çərçivəsində aparıldığı və Yermaka qarşı rəsmi ittiham irəli sürülüb-sürülməyəcəyi hələ məlum deyil, lakin onun cinayət məsuliyyətinə cəlb edilməsi istisna olunmur.

Adı çəkilən antikorrupsiya qurumları 2015-ci ildə, Petro Poroşenkonun prezidentliyi dövründə Qərbin təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Bu institutlar prezidentə, hökumətə və digər icra strukturlarına tabe olmayan müstəqil istintaq orqanlarıdır. Prezident və deputatlar istisna olmaqla, onlar hər kəs barəsində cinayət işi açmaq, ifadə almaq, ev və iş yerlərində axtarış aparmaq, eləcə də həbs və digər qəti imkan tədbirlərinin seçilməsi üçün məhkəməyə müraciət etmək səlahiyyətinə malikdirlər.

Postsovet məkanının demək olar bütün ölkələrində olduğu kimi, Ukraynada da dövlət sistemi korrupsiya ilə çulğalaşıb; rüşvət və məmur biznesi uzun illərdir siyasi mədəniyyətin bir hissəsinə çevrilib. Müstəqillik dövrü siyasətçilərinin böyük əksəriyyəti bu sistemə qarşı mübarizə aparmaq əvəzinə onun tərkib hissəsi olublar. Zelenskinin 2019-cu il prezident seçkilərini qazanmasının əsas səbəblərindən biri də məhz bu idi: cəmiyyət korrupsiyaya bulaşmamış, sistemdən kənar yeni simanı hakimiyyətə gətirdi. Lakin müharibədən əvvəlki dövrdə Zelenskinin korrupsiya ilə mübarizəsi gözlənilən nəticələri vermədi, əksinə, onun komandasında olan bəzi şəxslər də bu prosesə bulaşdı.

Belə bir mühitdə müstəqil antikorrupsiya institutlarının fəaliyyəti çox vacib və müsbət addım kimi görünür. Prezidentin sağ əli hesab olunan, nümayəndə heyətlərinə rəhbərlik edən bir fiqurun evində axtarış aparılması Qərb demokratiyalarında da nadir haldır. Dinc vaxtlarda bu addım Ukraynanın hüquqi dövlətə doğru irəliləməsinin və yüksək vəzifəli şəxslərin belə toxunulmaz olmamasının göstəricisi sayıla bilərdi. Lakin ölkənin ölüm-qalım savaşı apardığı, eyni zamanda ona təslimçi sülh şərtlərinin diktə edildiyi bir dövrdə Yermaka qarşı keçirilən əməliyyatı yalnız korrupsiya ilə mübarizə kimi təqdim etmək doğru olmaz.

Söhbət Yermakın “təmiz” fiqur olmasından getmir. Onun haqqında müxtəlif iddialar, hətta Rusiya agenti olması barədə söz-söhbətlər Ukrayna siyasi dairələrində uzun illərdir mövcuddur. Yermakın korrupsiyaya bulaşması barədə faktların mövcudluğu ehtimal olunur. Lakin istintaq tədbirlərinin məhz indi, belə gərgin geosiyasi şəraitdə həyata keçirilməsi təsadüfi təsiri bağışlamır.

Hazırkı qalmaqal (“Midas” əməliyyatı) enerji sektorunda aşkarlanmış irimiqyaslı korrupsiya ilə bağlıdır. Noyabrın 10-da Milli Antikorrupsiya Bürosu “Enerqoatom” dövlət şirkətində axtarış aparmışdı. Bu işə energetika naziri Svetlana Qrinçuk, ədliyyə naziri German Qaluşşenko, keçmiş müdafiə naziri və hazırkı Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, eləcə də Zelenskinin dostu, “Kvartal 95” studiyasının yaradıcılarından olan Timur Mindiçin adı qarışıb. Hadisədən dərhal sonra nazirlər istefaya göndərilib, Umerov ifadə verib, T.Mindiç isə əməliyyatdan bir neçə saat öncə Ukraynanı tərk edərək İsrailə yollanıb. Onun həyat yoldaşı Rusiyada nüfuzlu iş adamı ailəsinə bağlıdır.

Qalmaqalın ardınca bədnam “28 maddəlik sülh planı” ortaya çıxıb. Ayın 20-də ABŞ nümayəndə heyətinin rəhbəri, ordu katibi Daniel Driskoll Kiyevə gələrək Zelenskiyə həmin planı təqdim edib. ABŞ mediasının məlumatına görə, Driskoll Zelenskiyə faktiki ultimatum verib və Şükranlıq Gününə - ayın 27-nə qədər sənədi imzalamağı tələb edib, əks halda Ukraynaya dəstəyin dayandırılacağı bildirilib.

Məhz bu görüş və ABŞ vitse-prezidenti Venslə telefon danışığından sonra Zelenski xalqa müraciət edərək “bizi seçim qarşısında qoyurlar: ya şərəfimizi itirəcəyik, ya da əsas tərəfdaşımızı” - deyə açıqlama vermişdi.

Sonrakı günlərdə dövlət katibi Marko Rubionun danışıqlara qoşulduğu və Cenevrədə Yermakın rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ilə müzakirələrdən sonra plana Ukraynanın xeyrinə bəzi dəyişikliklərin edildiyi bildirilir. Sülh planının yekun versiyası isə hələ hazır deyil və Rusiya ilə də görüşlər keçirilməyib. Lakin görünən budur ki, Tramp və Vens tezliklə sülhün imzalanmasında maraqlıdırlar və zəif tərəf kimi gördükləri Zelenskiyə ciddi təzyiq göstərirlər.

ABŞ-ın Ukraynanın antikorrupsiya strukturlarına təsiri heç kimə sirr deyil. Bu qurumların Yermakı istintaqa cəlb etməklə əslində kimi hədəf aldıqları da aydın görünür: məqsəd birbaşa prezident Zelenskiyə təzyiqdir. Yermakla bağlı əməliyyatın Putinin Bişkekdəki sərt çıxışından və Zelenskini “qeyri-legitim” adlandırmasından, həmçinin Yermakın “ərazi güzəştləri mümkün deyil” açıqlamasından cəmi bir neçə saat sonra həyata keçirilməsi də diqqət çəkir.

Zelenski masada Trampın, cəbhədə Putinin təzyiqi altında təslimçi sülh variantına sürüklənir…

P. S. Andrey Yermak vəzifəsindən istefa verib.

Paylaş:
Digər xəbərlər

Dünya

20-03-2025, 13:33

"Rusiya mövqeyini daha da qüvvətləndirməyə çalışır"

Dünya

26-01-2025, 18:12

Cənubi Koreya prezidentinə qarşı yeni ittiham irəli sürülüb

Dünya

26-10-2023, 08:48

Tarixə şahidlik edən Diyarbəkir

Dünya

25-08-2022, 17:10

Duqina niyə öldürüldü?

Dünya

20-05-2022, 08:51

Bu müharibə Rusiya üçün sonuncu olmalıdır - Yermak

Dünya

17-03-2022, 11:19

Ukrayna müharibəsi Çinə necə təsir göstərəcək

Müsahibə / Dünya

27-01-2021, 17:11

Dağlıq Qarabağın artıq statusu var: O, Azərbaycanın bir hissəsidir - MÜSAHİBƏ

Dünya

21-09-2020, 16:45

Hindistanda COVID-lə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlandı

Dünya

16-07-2020, 17:33

Bolqarıstan parlamenti hökumətə etimadsızlıq ilə bağlı təklifə iyulun 20-də baxacaq

Dünya

12-06-2020, 14:31

Virusdan ölməkdə davam edən ermənilər və... - GƏLİŞMƏ

Dünya

5-03-2020, 11:52

Dünyanın gözü ORA DİKİLDİ: sülh, yoxsa müharibə? - Saatlar sonra QƏRAR VERİLƏCƏK

Dünya

3-03-2020, 16:59

Tramp Türkiyə üçün hərəkətə keçdi - Ən yaxşı silahlarını göndərəcək

Son xəbərlər
  • Bugün, 10:42
    Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
  • 25-09-2026, 19:43
    “AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
  • 21-09-2026, 19:55
    Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
Daha çox
Çox oxunanlar
21-09-2026, 19:55
Ramiz Mehdiyev və Eldar Əmirovun işi üzrə məhkəmə prosesi başlayıb
Bugün, 10:42
Strasburqda Azərbaycan siyasi mühacirlərinin I Ümumavropa Konqresi keçirilib
25-09-2026, 19:43
“AzerGold” QSC-də İndoneziyanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə