USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Hər hansı ölkə nə qədər güclü olsa belə, ayrılıqda bu çətinliyin öhdəsindən gələ bilmir"

Dünya

5-07-2021, 16:18

"Hər hansı ölkə nə qədər güclü olsa belə, ayrılıqda bu çətinliyin öhdəsindən gələ bilmir"Hindistanın Baş Naziri cənab Narendra Modi bu gün Hindistan tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə dünyaya rəqəmsal ictimai fayda olaraq “CoWIN”-in təklif olunduğu CoWIN qlobal iclasında çıxış edib.

Hindistanın Azərbaycandakı səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda qeyd olunur ki, baş nazir CoWIN Qlobal İclasında iştirak etmək üçün müxtəlif ölkələrdən çoxlu sayda mütəxəssis qoşulduğu üçün məmnun olduğunu bildirib: "Əvvəla, bütün ölkələrdə pandemiya səbəbindən həyatını itirmiş hər kəs üçün dərin hüznlə başsağlığı verirəm. Yüz il ərzində bu pandemiyaya bənzər heç bir hadisə baş verməyib. Təcrübə göstərir ki, hər hansı bir ölkə nə qədər güclü olsa belə, ayrılıqda bu çətinliyin öhdəsindən gələ bilmir. COVID-19 pandemiyasından alınan ən böyük dərs budur ki, bəşəriyyət və insanlar üçün birlikdə fəaliyyət göstərməli və birlikdə irəliləməliyik. Biz bir-birimizdən öyrənməli və ən yaxşı təcrübələrimizlə bağlı bir-birimizə rəhbərlik etməliyik. Pandemiyanın başlanğıcından etibarən Hindistan bu mübarizədə bütün təcrübələrini, biliklərini və mənbələrini dünya ictimaiyyəti ilə paylaşıb. Biz bütün məhdudiyyətlərimizə baxmayaraq, öz təcrübələrimizi bacardığımız qədər daha çox bütün dünya ilə bölüşməyə çalışdıq. Qlobal təcrübələrdən öyrənmək istəyimiz isə hələ də davam edir".

Baş nazir daha sonra bildirib ki, texnologiya COVID-19 pandemiyası ilə mübarizəmizin ayrılmaz hissəsidir: "Şanslıyıq ki, kompyuter proqramları resurs məhdudiyyətlərinin olmadığı bir sahədir. Bu səbəbdən COVİD izləmə tətbiqimizi texniki cəhətdən ən qısa müddətdə mümkün olduğu qədər açıq mənbə halına gətirdik. Təxminən 200 milyon istifadəçisi olan 'Aarogya Setu' tətbiqi, developerlər üçün hazır paketdir. Bu tətbiq Hindistanda istifadə edilib və nəticə etibarilə əmin olun ki, tətbiqin sürəti və miqyası real dünyada sınaqdan keçirilib".

Baş nazir vurğulayıb ki, vaksinasiya bəşəriyyətin pandemiyadan uğurla çıxması üçün ən yaxşı ümiddir: "Biz əvvəlcədən Hindistanda vaksin strategiyamızı planlaşdırarkən tamamilə rəqəmsal bir yanaşma tətbiq etməyə qərar verdik. Bu gün qloballaşan dünyada, pandemiyadan sonra dünyada vəziyyət normallaşmalı olsa, belə bir rəqəmsal yanaşma vacibdir. Axı insanlar peyvənd olunduqlarını sübut etməlidirlər. Bu sübut güvənli və etibarlı olmalıdır. İnsanlar həmçinin harada və kim tərəfindən peyvənd olunduğuna dair bir qeydə sahib olmalıdırlar. Peyvəndlərin hər dozasının nə qədər qiymətli olduğunu nəzərə alsaq, hökumətlər də həmçinin hər dozanın izlənilməsinə və israfın minimuma endirilməsinə əmin olmaqla bağlı narahatdırlar. Bütün bunlar bütöv bir rəqəmsal yanaşma olmadan mümkün deyil".

Hindistan sivilizasiyası bütün dünyanı vahid bir ailə kimi qəbul edir. Bu pandemiya bir çox insanı bu fəlsəfənin təməl həqiqətlərini dərk etməyə məcbur etdi: "Buna görə COVİD peyvəndi üçün texnologiya platformamız olan “CoWin” platforması açıq mənbə halına gətirilməyə hazırlanır. Bu platforma tezliklə hər bir ölkəyə, bütün ölkələrə təqdim olunacaq. Bu gün keçirilən iclas bu platformanı hamınıza tanıtmaq üçün ilk addımdır. Bu, Hindistanın 350 milyon doza COVİD peyvəndini tətbiq etdiyi platformadır. Bir neçə gün əvvəl biz gün ərzində təxminən 9 milyon insanı peyvənd etdik. Onların nəyisə sübut etmək üçün nazik bir kağız parçasını gəzdirmələrinə ehtiyacları yoxdur. Bunların hamısı rəqəmsal formatda mövcuddur. Ancaq ən yaxşısı budur ki, proqram yerli tələblərə uyğun olaraq istənilən ölkəyə uyğunlaşdırıla bilər. Bugünkü iclasın texniki detallar haqqında daha çox şey öyrənəcəksiniz. Əminəm ki, başlamaq sizə maraqlıdır. Və mən sizi gözlətmək istəmirəm. Beləliklə, icazə verin nitqimi bugünün məhsuldar müzakirəsi naminə hər birinizə ən xoş arzularımı çatdıraraq bitirim. 'Vahid dünya, vahid sağlamlıq' yanaşmasını rəhbər tutaraq bəşəriyyət sözsüz ki, bu pandemiyanı aradan qaldıracaq.
Çox sağ olun. Təşəkkür edirəm".

Paylaş:
Digər xəbərlər

Dünya

2-07-2021, 07:50

Avropa İttifaqında “peyvənd sertifikatı”

Dünya

14-06-2021, 08:02

Britaniyada keçirilən "Böyük yeddilər" sammiti başa çatdı

Dünya

10-06-2021, 09:10

Mumbayda bina çökdü: Çox sayda ölən var

Dünya

2-06-2021, 08:01

ABŞ SSRİ-yə buna görə qalib gəldi - Kaplan

Dünya

6-05-2021, 13:36

Hindistanda insan cəsədləri küçələrdə yandırılır

Siyasət / İqtisadiyyat / Sosial / Səhiyyə / Dünya

16-02-2021, 02:04

Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar”

Siyasət / İqtisadiyyat / Sosial / Dünya

5-02-2021, 01:20

Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR

Dünya

29-01-2021, 01:07

Hindistana turistlərin qəbulunda ŞƏRTLƏR

Dünya

21-09-2020, 16:45

Hindistanda COVID-lə bağlı başladılan kampaniyanın əhatə dairəsi açıqlandı

Dünya

30-05-2020, 10:29

Jozef Borell: Koronavirusla mübarizədə birgə fəaliyyət planına ehtiyac var

Dünya

26-03-2020, 16:51

Hindistanda koronavirusa yoluxanların sayı açıqlandı

Dünya

12-03-2020, 16:58

Gürcüstan hökuməti koronavirusa görə fövqəladə iş rejiminə keçir

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
7-11-2026, 15:51
Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
7-11-2026, 19:54
“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
8-11-2026, 01:32
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
7-11-2026, 15:44
Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
7-11-2026, 15:36
Jurnalist Elnur Şükürov həbs edilib.
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə