USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
İsraildə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı artaraq 8018-ə çatıb.
“foto.info.az” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, COVID-19-dan ölənlərin sayı 46-ya yüksəlib. İsraildə yeni virusa yoluxmuş 477 xəstə sağalıb.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.
Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb.