USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.
Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.