USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakıda yataqxanada yanğın olub, sakinlər təxliyə edilib.
FHN-dən verilən məlumata görə, Nərimanov rayonunda üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində ümumi sahəsi 20 m² olan mətbəxdə 5 m² sahədə mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan dəhlizdə quraşdırılan 1 ədəd qaz sayğacı, 1 ədəd elektrik açarı və 2 ədəd plastikdən ibarət qapı əriyib.
Yanğın zamanı Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 3 nəfər bina sakini (onlardan 1-i azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.