USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
UEFA transfer qaydalarını dəyişməyi planlaşdırır. “Daily Mail” xəbər verir ki, buna səbəb İngiltərə klubu “Çelsi”nin oyunçu keçidləri zamanı yararlandığı metodun digər klublar tərəfindən tənqid olunmasıdır.
Ukraynalı futbolçu Mixail Mudriki heyətinə qatan London təmsilçisi razılığa əsasən, transfer pulunu Donetsk “Şaxtyor”una 8 il ərzində hissə-hissə ödəyəcək. “Zadəganlar” bununla maliyyə feyr-pley qaydalarını pozmaqdan qurtulurlar.
FIFA-nın nizamnaməsinə görə, ödəniş maksimum beş ili əhatə edə bilər. Ancaq “Çelsi” bu mənada istisna olub. Qayda dəyişikliyi paytaxt klubunun son keçidlərinə şamil edilməyəcək.
Qeyd edək ki, “Çelsi” Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.