USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Məhkəmə Turan agentliyinin iddiasını təmin etməyib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

27-01-2023, 00:05

Məhkəmə Turan agentliyinin iddiasını təmin etməyib


Yanvarın 25-də Bakı İnzibati Məhkəməsində Turan İnformasiya Agentliyinin direktorunun “Azərişıq”a qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.

İddianın mahiyyəti ondan ibarətdir ki, “Azərişıq” ASC agentliyin informasiya sorğusuna “İnformasiya əldə etmək azadlığı haqqında” qanunla müəyyən edilmiş müddətdə cavab verməyib.

Beləliklə, mahiyyəti üzrə: Oktyabrın 10-da Buzovna qəsəbəsinin (Buzovna inzibati ərazi vahidinin köhnə, köklü hissəsidir, buraya qəsəbə, çoxmənzilli binaları kompleksi və son 20 ildə əsasən qanunsuz tikilmi fərdi yaşayış evlərindən ibarət yeni massivlər daxildir) bir qrup sakini uzun illərdir ki, qəsəbənin elektrik enerjisi ilə təchizatındakı müntəzəm fasilələrin davam etməsilə bağlı “Azərişıq”a yazılı şikayətlə müraciət edib. Amma heç kim onlarla əlaqə saxlamayıb.

Oktyabrın 13-də Turan agentliyinin direktoru Mehman Əliyev elektrik enerjisində yaranan fasilələrin səbəbləri və problemin aradan qaldırılması üçün planlaşdırılan tədbirlərlə bağlı suallarla informasiya sorğusu göndərib. Sorğunun preambulasında vətəndaşların şikayəti göstərilib və Turan-ın informasiya sorğusu ilə yanaşı, “Azərişıq”a abunəçi vətəndaşların 10 oktyabr tarixli məktubu da göndərilib.

Cavab almayan Turan noyabrın 15-də “Azərişıq”dan cavab almağa yardım etmək xahişilə insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyevaya müraciət edib. Noyabrın 29-da Ombudsman Aparatı Turan-a yazılı şəkildə bildirib ki, “Azərişıq”dan 10 gün ərzində Turan agentliyinin informasiya sorğusuna cavab verməsini xahiş edib.

Bundan sonra agentliyə “Azərişıq” ASC Hüquq İdarəsinin müdiri Arif Lazımzadənin imzası ilə 4 noyabr tarixli məktub daxil olub. Məktubda bildirilib ki, profilaktiki işlərlə əlaqədar elektrik enerjisinin verilməsindəki fasilələr qısamüddətli xarakter daşıyıb. Faktiki olaraq “Azərişıq” bir qrup abunəçinin və Turan agentliyinin qaldırdığı sualı cavablandırmaqdan, eləcə də çoxillik xarakter daşıyan problemin həllindən yayınıb.

Məhkəmə iclasında Mehman Əliyev bütün bunlar barədə hakim Səlma Salahovaya məlumat verib.

“Azərişıq”ın nümayəndəsi Turan-ın mahiyyəti üzrə suallarına cavab verə bilməyib, çünki məlumatlı deyildi.

Buna baxmayaraq, hakim “Azərişıq”ın agentliyin informasiya sorğusuna cavab verdiyini əsas gətirərək, Turan-ın iddiasını təmin olunmaması barədə qərarı elan edib.

Beləliklə, hakim “Azərişıq” ASC-nin qarşısında İnzibati Xətalar Məcəlləsinin 374-cü (informasiya əldə etmək haqqında qanunvericiliyin pozulması), 382-ci (jurnalistlərin hüquqlarının pozulması) maddələrinə uyğun olaraq informasiya sorğusunda göstərilən bütün suallara ətraflı cavab verilməsi öhdəliyini qoyan qərarın qəbul edilməsi və mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozan vəzifəli şəxslərin barəsində xüsusi qərardadın çıxarılması ilə bağlı agentliyin direktorunun xahişini təmin etməyib.

374.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 382. Jurnalistlərin hüquqlarının pozulması

382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə- iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Məhkəmədə iddiaçı hər iki maddənin pozulmasına dair sübutlar təqdim edib.

Onu da qeyd edək ki, “Azərişıq” ASC aşağıdakı qanun maddələrini pozub:

- Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 9.3.8-ci maddəsi. (9.3.8. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək).

- Media haqqında qanunun 17.3-cü maddəsi. (17.3.İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.

Turan agentliyi qərarı aldıqdan dərhal sonra məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

“Azərbaycanda informasiya əldə etmək haqqında qanunun pozulması sistematik xarakter daşıyır. İdarələrin bir çoxu redaksiyaların, jurnalistlərin informasiya sorğularına cavab vermir ki, bu da onların işinə, habelə dövlət və ictimai əhəmiyyətli problemlərin həllinə və aradan qaldırılmasına ciddi maneçilik törədir. Artıq 20 ildir ki, şəxsən mən və digər jurnalistlər, ekspertlər informasiya əldə etmək problemini qaldırırıq, amma dövlət heç bir tədbir görmür. Hətta media haqqında yeni qanunda belə buna lazımi diqqət yetirilməyib. Bu məsələ Prezident Administrasiyası səviyyəsində təcili həll olunmalıdır, çünki dövlətin redaksiyalarla, jurnalistlərlə informasiya işi acınacaqlı vəziyyətdədir”, - Mehman Əliyev bildirib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

17-12-2022, 09:24

“Azərişığ”ıni əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Gündəm / Sosial

1-11-2022, 13:09

Kiyevə edilən raket hücumlardan sonra elektrik enerjisində yaranan fasilələr aradan qaldırılıb

Siyasət / İqtisadiyyat

4-05-2022, 14:42

Qərbi Azərbaycan elektrik şirkətinin direktoru həbs edilib

Siyasət

3-02-2022, 08:34

Ermənilər bizi “Böyük Turan”la qorxudur, özləri isə...

Sosial

24-01-2022, 11:22

Baş Prokurorluq məlumat yayıb

Sosial / Hadisə

14-12-2021, 20:22

Azərişıq ASC-nin əməkdaşı iş başında bıçaqlandı.

Sosial

9-07-2021, 15:24

Elton Məmmədovun şirkəti məhkəmə verildi

Sosial

9-07-2021, 08:02

Dövlət Komitəsi müsabiqəyə sənəd qəbulu elan edir

Sosial

21-05-2021, 14:56

Məhkəmə “Azəriqaz”ın baş direktoru barəsindəki qərarı ləğv etdi

Siyasət

23-05-2020, 11:25

Azərbaycanda İNNOVATİV LABİRİNT: - “Nazirlik bu işə heç bir dəstək vermir”

Son xəbərlər
  • Dün, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • Dün, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • Dün, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
Daha çox
Çox oxunanlar
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
Dün, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə