USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Böyük tarixçi alimdən Təhsil nazirinə mükəmməl dərs

Gündəm / Siyasət / Araşdırma / foto

15-09-2025, 20:40

 Böyük tarixçi alimdən Təhsil nazirinə mükəmməl dərs
Təhsil naziri Emin Əmrullayevin bu günlərdə "Tarix kitablarında problemlər var" açıqlaması geniş müzakirə edilir. Gec də olsa nazirin bu məsələni etiraf etməsi müsbət haldır. Yeri gəlmişkən qeyd edilən problemlər yalnız tarix dərsliklərinə deyil, humanitar və ictimai məzmunlu digər dərsliklərə də aiddir.

Yeri gəlmişkən, tarix elmləri doktoru Şəlalə xanəm Məmmədovanın "Bakı Araşdırma İnstitutu"nun saytında tarix dərslikləri ilə bağlı silsilə məqalələri dərc olunur. Orada xeyli maraqlı məqamlar və mövcud tarix dərsliklərinə haqlı iradlar vardır.

Tarix dərsliklərində ciddi problemlərin olduğunu 10-15 il əvvəl dəfələrlə demişik, yazmışıq. Lakin bir nəticəsi olmayıb. Doğrusu, tarix dərsliklərində olan problemlər problemdəndən də bir az dərindir. ağırdır, hətta bəzi məqamlarda ziyanlıdır.

Tarix dərslikləri (büdövlükdə dərsliklər) elə yazılmalı, elə tərtib edilməlidir şagird bir mövzunu oxuyanda sonrakı mövzu üçün darıxsın. Oxuduğunun cazibəsinə düşsün, mövzunu öz düşüncəsində canlandıra bilsin. Təəssüf ki, belə deyil. Bizim tarix dərsliklərinin bir çoxu sanki şagirdə cəza vermək üçündür. Şagird məcburiyyət ucbatından onu oxuyandan sonra bu cəzadan yorulur, canını ondan qurtarmaq istəyir.

Dərsliklər yaxşı alimlərdən daha çox yaxşı müəllimlər tərəfindən yazılmalıdır.

Dərsliklərin bir konsepsiyası olmalıdır. Məqsəd nədir, tədris edilən dərslik şagirdi necə formalaşdırmalıdır? Bizim tarix dərsliklərində ayrı-ayrı faktlar dəyişsə də, keçmiş Sovet dərliklərindəki konseptual yanaşma hələ qalmaqdadır. Həm də eybəcər formada qalmaqdadır. 30 ilin müstəqillik dövründə Azərbaycanın tarixi keçmişinə müstəqillik meyarları ilə yanaşma dərsliklərdə öz əksini tapa bilmədi. Alternativ dərsliklərə isə imkan vermədilər. Şagirdin seçim imkanı olmadı.

Bir zamanlar alternativ mənbələr olmadığı üçün dərsliklər yeganə bilik mənbəyi hesab edilirdi. Hər şey ora daxil edilirdi, nəzəri və faktaloji yük şagirdin çəkəcəyi yük deyildi. Bu meyl bizim müstəqillik dövrünün tarix dərsliklərində də qalmaqdadır. Mövzular yüklənib, faktaloji material yorucudur, dil ağırdır. Bizim tarix dərsliklərində (digər dərsliklərdə də) şagirdlərə məcburən verilən bilikləri Qərb universitetlərinin haradasa 2-ci kursunda tələbələr öyrənirlər.

Burda ciddi məsələlərdən bir qəbul imtahanlarında test bankının ağır olmasıdır. Əslində, ağır, yüklənmiş, yararsız dərsliklər "sirlər xəzinəsi" olan test bankını yaratdı və bu da dərsliklərin sonrakı təkmilləşməsi üçün buxova çevrildi. İndi bizim tarix üzrə (həm də digər fənlər üzrə) test bankı qladiator döyüşünə gedən cəngavərlərin alın yazısına bənzəyir. Kim sağ qaldı, qaldı.

Test bankının ağırlığı ildən ilə keçid balının aşağı salınması ilə müşayiət edildi. Nəticədə universitet tələbəsi olmaq savadına, intellektinə, dünyagörüşünə malik olmayan xeyli məzun tələbə oldu. Halbuki Təhsil Nazirliyi və Test Komitəsi qarşılıqlı əməkdaşlıq yolu ilə bu məsəlini həll etməli idilər. Amma əksinə oldu. Onlar bir-birini ittiham edən dövlət qurumlarına çevrildilər.

Bizim tarix dərsliklərdə dil ayrıca bir problem olaraq qalır. Dərslik müəllifləri sanki məktəbli uşaqla, yeniyetmə ilə deyil, öz həmyaşıdı, öz həmkarı ilə müzakirə aparır. Şagirdin yaşı, qavrama qabiliyyəti, qəbuletmə imkanları nəzərə alınmır. Ümumiyyətlə Azərbaycanda tarix dərsliklərində pedaqoji və psixoloji amillər yox dərəcəsindədir, onlar pedaqoji rəyləşmədən keçirilmir.

Bizim ölkədə tarix dərsliklərinin və tarixi ədəbiyyatın şagirdlərdən və Azərbaycan xalqından uzaq düşməsinin ən böyük səbəblərindən biri və bəlkə də birincisi dil problemidir. Dilin ağırlığı, uzun və qarışıq cümlələr şagirdi və oxucunu yorur, onun həvəsini və zövqünü öldürür. Mövzunun mənimsənilməsində başlıca vasitə olan dil maneolcu ünsürə çevrilir. Dissertasiya cümlələri bəzən olduğu kimi dərsliklərə köçürülür. Həll olunmamış mübahisəli məsələlər dərsliklərə salınır.

Humanizm və demokratiya tarix dərsliklərinin canına hopmalıdır. XXI əsr vətəndaşının formalaşması məhz bu meyarlarla müəyyən edilir. Qədim dünya, orta əsrlər tarixi şagirdlərə daha erkən yaşlarında tədris edilir. Burada baş kəsmək, qan tökmək, göz çıxarmaq, qılıncdan keçirmək, insan kəllələrindən təpə düzəltmək şagirdi qəhrəman kimi böyütmür, onun uşaq dünyagörüşünü zədələyir, onu "karvanbasana", gələcəyin "qanuni oğrusuna" hazırlayır.

Digər ciddi bir məsələ tarix dərsliklərində respublikanın etnik mənzərəsinin nəzərə alınmamasıdır. Vaxtı ilə "SSRİ tarixi" dərsliklərində milli respublikalara nə qədər yer verilirdisə, hazırkı tarix dərsliklərində də milli etnik mənzərə təxminən o qədər nəzərə alınır. Milli-etnik mənsubiyyətindən asılı olmayaraq hər bir şagird tarix dərsliyində öz keçmişini görməlidir, duymalıdır.

Tarix dərliklərinin mənimsəmədə mühüm rol oynamalı olan bədii tərtibatı bərbad vəziyyətdədir. Hər şey mətnin üzərinə yüklənib. Şagirdin eynini açan, mövzunu vizual formada onun yaddaşına hopduran bədii material, foto, şəkil, kompazisiya, bədii səhnələr ya yoxdur, ya da son dərəcə primitivdir.

Bir sözlə ölkəmizin tarix dərsliklərindəki problemlər nazir Əmrullayevin dediklərindən və mənim burada yazdığım qısa qeydlərdən daha dərindir.

Paylaş:
Digər xəbərlər

Gündəm

28-05-2025, 18:13

Danışan tarix

Gündəm / İdman

7-03-2024, 22:37

Qarabağ tarix yazır. 1-ci hissə

Gündəm / Sosial

8-11-2022, 20:49

Tarix yazan əfsanəvi General

Siyasət

30-07-2022, 23:47

Iqbal Ağazadə: canlı tarix, dahi siyasətçi, möhtərəm insan, ədalətli Qazi

Siyasət / İqtisadiyyat / Sosial

12-12-2021, 12:31

Horadiz-Ağbənd dəmir yolunun istifadəyə veriləcəyi tarix açıqlandı

Gündəm / foto

8-11-2021, 18:49

Tarix yazan iki sərkərdə

Siyasət

25-10-2021, 10:05

İlham Əliyev Türkiyəyə səfər edəcək - Tarix açıqlandı

Gündəm / Sosial / Dünya / foto

24-02-2021, 17:24

Azərbaycan vətəndaşları Gürcüstana gedə biləcək: Tarix açıqlandı – FOTO

Gündəm

22-10-2020, 18:43

AZƏRBAYCAN ORDUSU TARİX YAZIR

Gündəm

4-10-2020, 11:13

TARİX YAZAN GENERALIM

Gündəm

28-09-2020, 09:55

ORDUMUZ TARİX YAZIR

Gündəm

27-09-2020, 19:17

ORDUMUZ TARİX YAZIR

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
7-11-2026, 15:51
Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
6-11-2026, 22:04
Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
7-11-2026, 19:54
“AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
8-11-2026, 01:32
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə