USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İqtidar partiyasında olub hakimiyyətin siyasətinə,qanunlara tabe olmaq istemeyen şöhretperestler

Gündəm / Siyasət / Sosial / Video

24-08-2020, 14:16

İqtidar partiyasında olub hakimiyyətin siyasətinə,qanunlara tabe olmaq istemeyen şöhretperestler















Azərbaycanda hakimiyyətdə olan Xalq Cəbhəsinin səriştəsiz siyasətinin ölkəyə gətirdiyi bəlaların fəsadlarını görən bir qrup ziyalı xalqın dəstəyi ilə böyük siyasi lider Heydər Əliyev ətrafında birləşərək “Yeni Azərbaycan” partiyasını yaratdı və Azərbaycan dövlətçiliyi üçün fəlakətli bir dövr olan 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi. Qeyd etməliyəm ki, partiyada təmsil olunub olunmamasından asılı olmayaraq Heydər Əlivevə bütün xalqın inamı var idi və yalnız ona güvənirdi. Xalq düzgün seçim etməklə gələcəyini ona etibar etdi. Nəticədə isə “Yeni Azərbaycan” partiyası iqtidarda təmsil olundu. Heydər Əliyevin vəfatından sonra onun önəmli və parlaq davamçısı İlham Əliyev hakimiyyətə gəldi və cox böyük siyasi liderə çevrilməklə dövlətimizi və dövlətçiliyimizi dünya miqyasında tanıtdı. Danılmaz faktdır ki, dövlətin daxili və xarici siyasətinə önəmli rəhbərlik etməklə böyük nəaliyyətlərə imza atdı. İlham Əliyevin uzaq gören siyasətinin ən böyük uğurlarından biri də ondan ibarət idi ki, Konstitusiyaya dəyişiliklərdən sonra özünə ən layiqli müttəfiq, parlaq zəkaya malik və ölkənin daxili və xarici siyasətində uğurlu tərəfdaşa cevrilən Mehriban xanım Əliyevanı I Vitse Prezident postuna təyin etməsi olmuşdur. Məhz bu iki tərəfdaşın uğurlu fəaliyyət prinsiplərinə uyğun olaraq Respublikada cox böyük uğurlu islahatlar aparılır. Torpaqlarımızın işgalının beynəlxalq miqyasda tanınması və işgaldan təmizlənməsi üçün cox böyük siyasi işlər görülür, ordu quruculugunda böyük islahatlar həyata keçirilir.
Məhz ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının deyil ümumi azərbaycan xalqının ümummilli lideri olmuşdur. Onun layiqli davamçısı İlham Əliyev isə öz şəxsi keyfiyyətlərinə və Azərbaycan dövlətçiliyi üçün gördüyü iradəli və uğurlu fəaliyyətinə görə ümumxalq sevgisi qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin məhz bu keyfiyyətlərindən istifadə edib onların şəxsi etimadını qazanmaqla məmur statusu almış bəzi şəxsər Azərbaycan dövlətciliyinə yalnız öz şəxsi biznesləri kimi baxmış və var dövlət hərisliyinə qurşanmışlar. Kulli miqdar varidat və mənsəb sahibi olan bu şəxslərdə şəxsiyyətə pərəstiş yaranmış özlərinə ətraf yaratmaqla toxunulmaz söz sahibi olmaq iddiasına düşmüşlər. Ancaq onlar yanılırlar ki, hakimiyyəti elə bir şəxs idarə edir ki, onun səbr, iradə və dözümü, güclü siyasi baxışı hər kəsə mövqeyindən, imtiyazından asılı olmayaraq vətəndaşlıq prizmasından ədalətlə yanaşır və dərhalda düzgün qiymətini verir.
Heydər Əliyevdən sonra hakimiyyətə gələn İlham Əliyev onun vəsiyyətlərinə və dövlətçilik ənənələrinə sadiq qalmaqla hakimiyyətinin uzun bir mərhələsini yaxın zaman kəsiyində müstəqillik əldə etmiş Azərbaycan Respublikasının dövlətçilik mexanizminin möhkəmləndirilməsi, xarici siyasətinin düzgün təşkili, beynəlxalq miqyasda tanınması, erməni lobbiçiliyinin güclü təsir dairəsində olan beynəlxalq təşkilatlarda işğal olunmuş ərazilərimizə görə beynəlxalq dəstəyin qazanması ugrunda gərgin əmək sərf etmişdir. Dövlətin daxili siyasətini isə Ramiz Mehdiyevlər, Əli Həsənovlar (vəzifələrindən kənarlaşdırılmış, habelə cəza almış məmurlar) və bu gündə vəzifədə olan sair məmurlara etibar etmişdir.
YAP-da təmsil olunan bu şəxslər isə yalnız şəxsi maraqlarına uygun ölkənin iqtisadi və inzibati siyasətini xarici dairələrin maraqlarına xidmətdə təşkil etməklə xalqla onun etimad göstərdiyi prezident arasında uçurum yaratmağa çalışmışlar. Dövlət idarəetmə sistemində baş verənlərə münasibətdə ölkə Prezidenti İ.Əliyev dövlət idarəçiliyində köklü islahatların aparılması zərurətini ortaya qoyur. Bu islahatlar işdən kənarlaşdırılmış məmur-oliqarxların və onların təsir dairəsində olub hakimiyyətdə təmsil olunan məmurların təzyiqinə səbəb olmuşdur. Bu gün bütün bunlar əyani olaraq xalqın gözü qarşısında baş verir və pandemiyanın yaratdığı bu durğunluq şəraitində ölkə prezidentinin diqqətindədir.
Budur hakimiyyətdə uzun müddət prezident administrasiyasına rəhbərlik edən, dövlətin daxili və inzibati siyasətinin bilavasitə təşkilatçısi və son bi neçə ay ərzində ahıl yaşda vəzifəsindən kənarlaşdırılaraq Milli Elimlər Akademiyasının Prezidenti postuna yiyələnən Ramiz Mehdiyev özünü həqiqi prezident hesab edir, ölkə prezidentinin siyasətinə, qanunlara məhəl qoymur və xalqa hörmətsizlik edir. Öz tərəfdarları ilə hakimiyyət içərisində hakimiyyət iddiası yaradir və güc nümayiş etdirir. Buna el dilində köpəyin yemi artıq olanda sahibinə diş göstərir deyirlər. Bunun əyani sübutu ölkə gündəmini və sosial şəbəkələri əhatə edən xüsusu karantin rejimi dövründə Ramiz Mehdiyevin öz ətrafı və təsir dairəsində olanlarla birlikdə təmtaraqlı bağ evində 18.08.2020-ci il tarixində toy şənliyi təşkil etməsi səhnəsidir.
Toyun iştirakçıları – Ramiz Mehdiyev, Abel Məhərrəmov, Bahar Muradova, deputat Siyavuş Novruzov onun həyat yoldaşı Ombudsman Səbinə Əliyeva və adları çəkilməyən dövlət təhlükəsizlik orqanlarına məlum olan digər məmur YAP üzvləri. Ramiz Mehdiyev və onun tərəfdarları yaddan çıxarmamalıdırlar ki, Heydər Əliyev qətiyyətini nümayiş etdirən İlham Əliyev ölkə siyasətinə və qanunlarına hörmətsizlik edən, xaqlqa göz dağı verən heç kəsi bağışlamır. Çünki dövlətin siyasi maraqlarına, dövlətçilik ənənələrinə, xalqın milli hissiyatına toxunan hər bir hərəkət cəzalanmalıdır.
R.Mehdiyevin kürəkəni və qudası inzibati qaydada cəzalandırılıb. Lakin bununla kifayətlənmək olmaz karantin qaydalarını pozan digər vətəndaşlara tətbiq olunan cəzalar həmin toyun bütün iştirakcılarına tətbiq olunmalıdır. Dövlətin siyasi maraqlarına, qanunlara hörmətsizlik edən, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil edən və belə hərəkətlərdə iştirak edən şəxsər layiqli cəzalarını almalıdırlar.
Müstəqil xalq partiyası adından təklif olunur;
şəxsi ambisiyalarına qürrələnən, dövlətin qanunlarına və azərbaycan xalqına hörmətsizlik edən, imtiyazlarına güvənib ictimaiyyət arasında qıcıq yaradan şəxslər;
- Ramiz Mehdiyevin EA-nin Prezidenti vəzifəsindən kənarlaşdıtılmalı, təqsirli hərəkətinə hüquqi qiymət verilməli,
- Toyda iştirak edən Ombudsman Səbinə Əliyevanın hərəkətinə hüquqi qiymət verilməli,
- Toyda iştiraki edən və hərəkəti ilə ictimaiyyətə qıcıq verən deputat Siyavuş Novruzovun hərəkətinə hüquqi qiymət verilməli,
- Toyda iştirak edən BDU-nun sabiq rektoru hazırda fizika kafedrasının elmi rəhbəri Abel Məhərrəmovun toyda iştirakına, cıxışına və təqsirli hərəkətinə hüquqi qiymət verilməli,
- Toyda iştirak edən və Ramiz Mehdiyevin pozucu hərəkətlərinə dəstək verən, ölkə qanunlarını pozan hər bir məmur və YAP üzvü layiqli cəzasını almalı,
- YAP R.Mehdiyevlə yaxın münasibətdə olan üzvlərinin siyahısını dəqiqləşdirməli və hərəkətlərinə hüquqi qiymət verməlidir,
- Vəzifədən və YAP-dan uzaqlaşdırılmış şəxslərin digər partiyalara qəbul edilməsi və ya dolayısı ilə dəstək göstərməsi partiya liderləri tərəfindən düzgün qiymətləndirilməlidir.

Azərbaycanın bütün mütərəqqi fikirli və saglam düşüncəli vətəndaşları Prezident
İlham Əliyevin siyasətini dəstəkləyir, Ramiz Mehdiyevə və onun pozuculuq siyasətini dəstəkiləyən qüvvələrin hərəkətini pisləyir. Bu gün hakimiyyətin pandemiya ilə mübarizədə və işğal altında olan torpaqlarımızın azad olunmasında, beynəlxalq aləmdə baş verən proseslərdə xalqın birliyinə böyük ehtiyacı var. Hazırki fövqalada vəziyyətdə bütün siyasi partiyaların və xalqın Prezidentin etrafında birləşməsini və hakimiyyətin siyasətinin dəstəklənməsini partiya lideri olaraq təklif edirəm.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının sədri

Paylaş:
Digər xəbərlər

Gündəm

3-06-2020, 14:16

“Mütəllibov Qarabağda 33 kəndi erməni terrorçularından azad etmiş bir dövlət adamıdır...”

Siyasət

11-05-2020, 15:34

Rəsmən 59 oldular - SİYAHI

Gündəm

10-05-2020, 19:00

MÜASIR AZƏRBAYCANIN DÜNYAYA INTEQRASIYASININ ƏSASI ULU ÖNDƏR TƏRƏFINDƏN QOYULMUŞDUR.

Gündəm

10-05-2020, 12:01

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər

Müsahibə

10-05-2020, 10:00

Ali Doğramacı: “Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı üçün böyük işlər görüb”

Siyasət

9-05-2020, 17:10

İndoneziya mətbuatında Heydər Əliyevlə bağlı məqalələr dərc olunub

Mədəniyyət

9-05-2020, 15:00

Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq

Gündəm

4-03-2020, 11:00

İlham Əliyev Ağstafadadır

Son xəbərlər
  • 9-11-2026, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • 8-11-2026, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
6-11-2026, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
5-11-2026, 19:47
Polad Həşimovun anasının son durumu açıqlanıb
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə