USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2125 nəfər müalicə olunaraq sağalıb, 1 min 58 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 321 min 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 293 min 689 nəfər müalicə olunaraq sağalıb,
4 min 561 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 min 130 nəfərdir.