USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Pakistanın xüsusi xidmət orqanları Baş nazir İmran Xana qarşı sui-qəsd planını üzə çıxarıb.
Bu barədə “Dawn” qəzeti informasiya və teleradioyayım naziri Favad Çoudriyə istinadən məlumat yayıb.
“Bu məlumatdan sonra hökumətin qərarı ilə Baş nazirin mühafizəsi gücləndirilib”, - Çoudri bildirib.
Bundan əvvəl Pakistanın hakim “Ədalət uğrunda Hərəkat” Partiyasının lideri Feysəl Vavda da oxşar bəyanatlarla çıxış edərək, Baş nazirin ölkəni “ölkəni satmaqdan” imtina etdiyinə görə həyatına sui-qəsd planının hazırlandığını bildirib.
Sui-qəsdlə bağlı xəbərlər aprelin 3-də Baş nazirə etimadsızlıq səsverməsi fonunda yayılıb.