USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İyunun 30-da “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində ilkin məhkəmə iclası keçirilib.
Məlumatı hüquq müdafiəçisinin yaxınları yayıb. İclas hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutub.
Məhkəmədə əvvəlcə Rüfət Səfərovun anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun vəkili çıxış edərək, barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
Beləliklə, işin məhkəmə baxışı mərhələsinə keçməsi barədə qərar verilib.
Növbəti məhkəmə iclası iyulun 14-nə təyin olunub.