USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində 2 saylı marşrut xəttinə məxsus “İSUZU” markalı avtobusda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə barədə “112” qaynar xəttinə daxil olan məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər avtobusda baş vermiş yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alaraq alovu qısa müddətdə söndürə biliblər.
Hadisə nəticəsində avtobusun yanar hissələri zərər görüb. Xəsarət alan olmayıb.