USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda yanğın baş verib. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olub.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində dördmərtəbəli binanın birinci mərtəbəsindəki restoranın mətbəxində baş vermiş yanğın genişlənmədən qısa müddətdə söndürülüb.
Hazırda əraziyə cəlb olunmuş qüvvələr tərəfindən yanğının tamamilə söndürülməsi və təhlükəsizlik tədbirlərinin görülməsi davam edir.