USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Şəmkir rayonunda yeniyetmə oğlan dərmandan zəhərlənib.
Hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Məlumata görə, 2009-cu il təvəllüdlü Sabir Abbasov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata əsasən, ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yeniyetmənin hansı şəraitdə və nə səbəbdən zəhərlənməsi hələlik müəyyən edilməyib.
Faktla bağlı araşdırma aparılır.