USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Gürcüstanın Marneuli şəhərində silahlı insident baş verib.
Hadisə bu gün günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində qeydə alınıb. İlkin məlumata görə, qızıl mağazasının sahibi olan azərbaycanlı ata və onun oğlu naməlum şəxs tərəfindən güllələnib.
Hücum edən şəxs bir neçə dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Yaralı ata və oğlu Marneulidə yerləşən klinikalardan birinə çatdırılıb. Onların vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı istintaqa başlanılıb. Hadisənin motivləri və hücum edənin kimliyi araşdırılır.