USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə St. Anna Church kilsəsində keçirilən ibadət zamanı insident baş verib.
Ermənistan mediasının məlumatına görə, baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri mühafizəçiyə narazı şəkildə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib. Bu zaman arxadan başqa bir şəxsin Nikol Paşinyanı vurmağa cəhd göstərdiyi bildirilir.
Hadisədən sonra İrəvan Polisi kilsənin həyətində bir nəfəri saxlayıb. İnsidentin səbəbləri və saxlanılan şəxsin kimliyi ilə bağlı araşdırma aparılır.