USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kəşfiyyat rəhbəri Seyid Məcid Hademi-nin öldürüldüyünü açıqlayıb.
Bu barədə məlumatı İranın “SNN” telekanalı yayıb. Bildirilir ki, Hademi ölkəyə endirilmiş aviazərbələr nəticəsində həyatını itirib. Digər detallar hələlik açıqlanmayıb.
Qeyd edək ki, Seyid Məcid Hademi bu vəzifəyə ötən ilin yayında təyin edilmişdi.
Hadisə İranın hərbi və təhlükəsizlik strukturlarında böyük rezonans doğurub. Rəsmi Tehran və digər beynəlxalq mənbələr tərəfindən əlavə açıqlamalar gözlənilir.